BAKI, 19 dek — Sputnik. ABŞ-da keçirilən "Miss-2016" dünya gözəllik yarışmasının qalibi məlum olub. Bu, Puerto-Riko təmsilçisi Stefani Del Valle adlı xanımdır.
Sputnik RİA-ya istinadən xəbər verir ki, Puerto-Rikolu gözəl finala Keniya, Dominikan, Filippin və İndoneziyadan olan qızlarla mübarizə aparıb. İkinci yerə Dominikan, üçüncü yerə isə İndoneziya təmsilçisi layiq görülüb.
— Miss World (@MissWorldLtd) 18 декабря 2016 г.