Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Gözəllik dünyanı xilas edəcək: Miss Union tacı Gürcüstan gözəlinin oldu

Abunə olmaq
Azərbaycanda ilk dəfə olaraq MDB və Pribaltika ölkələrinin mümayəndələrinin arasından "Miss Xalqlar dostluğu" (Miss Union Baku-2016) gözəlini seçiblər. Sputnik-in müsabiqənin finalından hazırladığı reportaja baxın.

Miss Union Baku-2016 beynəlxalq xeyriyyə gözəllik müsabiqəsinin qalibi Gürcüstan nümayəndəsi Maya Amaşukeli seçilib. O, alacağı vəsaiti onkoloji xəstəliklərlə bağlı problemlərin həllinə yönəldəcək.

Müsabiqənin finalında Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və Estoniya nümayəndələri iştirak ediblər. azərbaycanı 22 yaşlı Ləman Əhmədova təmsil edib.

Təntənəli final gecəsində iştirakçılar ölkələrinin yaradıcı şəkildə təqdim olunması (incəsənətin istənilən janrında milli mədəniyyət), intellektual müsabiqə (suallara cavablar), həmçinin tematik defiledən ibarıd şou proqram nümayiş etdiriblər.

Müsabiqə başa çatanda heç bir iştirakçı diplom və hədiyyəsiz qalmayıb. Birinci üç yeri Gürcüstan, Azərbaycan və Rusiya nümayəndələri bölüşüblər.

Qalib gələn Maya Amaşukeli isə Sputnik-ə belə nəticə gözləmədiyini bildirib.

Xəbər lenti
0