Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Baş həkim: “Azərbaycan səhiyyəsi Almaniya səhiyyəsindən daha çox inkişaf edib”

© Sputnik / Murad OrujovКареты скорой помощи
Кареты скорой помощи - Sputnik Azərbaycan
Abunə olmaq
Rauf Nağıyev: “Azərbaycan səhiyyəsi sıçrayışla inkişaf edib. Kim bunun əksini desə, demək ya kordur, ya da məqsədli deyir”

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 24 fev — Sputnik. Əhali çox zaman “təcili yardım”ın gecikməsindən, həkimlərin davranışından, avtomobillərin nasaz vəziyyətindən narazılıq edir. Həkimlər isə həmişə özlərinə haqq qazandırır, bu narazılıqların obyektiv və subyektiv səbəblərdən meydana çıxdığını bildirirlər. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Sputnik Azərbaycan-a verdiyi müsahibədə bir sıra məqamlara  aydınlıq gətirib. 

© Sputnik / Irade JELILBakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev  - Sputnik Azərbaycan
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev

- Rauf müəllim, əhali Təcili Yardım Xidmətinin hər zaman gecikməsindən narazılıq edir.

— Nəzərinizə çatdırım ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz  Tibbi Yardım Stansiyası Bakı şəhərinin inzibati ərazisinə xidmət göstərir. Rəsmi rəqəmlərə görə, Bakıda 2 milyondan bir qədər artıq əhali var. Bakının qonaqları, şəhərlərdən, rayonlardan gəlib burada işləyənlər, yaşayanlar var. Bununla yanaşı, Qarabağ müharibəsi zamanı xeyli sayda köçkün Bakı şəhərində məskunlaşıb. Təqribi rəqəmlərə görə, bu gün Bakıda qeyri-rəsmi olaraq 5 milyona yaxın adam yaşayır. 

Кареты скорой помощи во дворе одной из региональных больниц, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Təcili yardım həkimləri artıq küçələri səhv salmayacaqlar

Bakı şəhəri üzrə 138 çağırış briqadası fəaliyyət göstərir. Bundan əlavə, bizim digər xüsusi briqalarımız da var. Bura rentgen, laboratoriya və s. briqadalar daxildir. İl ərzində daxil olan çağırışlardan 40 faizdən artığı sırf təcili və təxirəsalınmaz yardıma aid olan çağırışlardır. Digər çağırışlar isə bizə aid olmayan çağırışlardır. Həmin çağırışlar çox zaman xroniki xəstəliyi olan insanlar tərəfindən həyata keçirilir. Bakı şəhərində bütün standartlara cavab verən poliklinikalar fəaliyyət göstərir. Bu poliklinikalar insanların yaşadığı ərazilər üzrə fəaliyyətdədir və məndə olan məlumata görə, onların sayı 80-ə yaxındır. Təəssüflər olsun ki, əhali öz ərazisi üzrə poliklinikaya müraciət etmək əvəzinə, “təcili yardım”a müraciət edir. Əhali bilməlidir ki, “təcili yardım”ın funksiyası nədir və hansı hallarda çağırılmalıdır. Yeni il ərəfəsində bir gündə 2500-3000-ə yaxın çağırışımız oldu. Məlum məsələdir ki, 138  briqada həmin çağırışları dərhal reallaşdıra bilməz. 

Həm də çağırışların pik saatları var. Pik saatı axşam saat 17.00-dan gecə saat 02.00-a və səhər saat 08.00-dan gündüz saat 12.00-a kimi olan vaxtdır. Bu saatlarda intensivlik çox olur. Əgər 1 saat ərzində çağırışın sayı 200-dən artıq olarsa, biz çeşidləmə aparmaq məcburiyyətində qalırıq. Əvvəlcə təcili yardımları, sonra təxirəsalınmazları həyata keçiririk. Vətəndaş isə deyir ki, “yox, təcili yardım dərhal mənim qapımda olmalıdır”. Vətəndaş başa düşməlidir ki, digər ağır xəstələr var. İkinci bir tərəfdən, əgər gün ərzində 103 xidmətinə 2000-dən artıq çağırış daxil olursa, normativlərə görə, o çağırışların bölmələrə, briqadalara ötürülməsi vaxt tələb edir. 103 xidmətində çağırışı qəbul edən 15 tibb işçisi və çağırışı bölmələrə paylayan 15 tibb bacısı var. Eyni zamanda, bizim hospitalda da tibb bacımız var. Zəruri hallarda xəstələr xəstəxanaya yerləşdiriləndə, o, bunu tənzimləyir. Gün ərzində boş çarpayıların sayını xəstəxanalardan, klinikalardan toplayır və ona uyğun olaraq xəstələrin yerləşdirilməsini təşkil edir. Amma insanlar bizim işimizin ağırlığını başa düşmür. Başa düşmürlər ki, Təcili Yardım böyük bir sturukturdur. Təcili Yardımın 21 bölməsi, bir o qədər filialları var. Ələt-Sanqaçaldan tutmuş, Qaradağ rayonundan Pirallahı, Binəqədi daxil olmaqla böyük bir ərazini əhatə etmişik. 

Həkimlər, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Xəstəni narazı salan həkimin maaşı kəsiləcək

Bölmələr, filiallar, 103 xidməti təqribən 45-dən çox obyekt deməkdir və burada 2700 tibb işçisi çalışır. Bu yaxşı haldır ki, hər bir insan ümidini Təcili Yardıma bağlayır. Ancaq baxır hansı halda. Biz ağır halları birinci nəzərə almalıyıq. Buna baxmayaraq, biz heç bir çağırışı cavabsız qoymuruq. Əlimizdən gələn xidməti göstəririk. 

- Hər halda, tibb işçiləri əhali tərəfindən təzyiqlərlə üzləşir…

— Biz hər bir hala hazırıq. Dəfələrlə olub ki, bizim həkim və tibb bacılarımız təzyiqlə qarşılaşıb. Düzdür, biz bu hallarda hüquq mühafizə orqanlarına müraciət edirik. Amma çox zaman insanların vəziyyətini başa düşüb bizə qarşı edilən təzyiqlərə görə onları bağışlayırıq.

- Gün ərzində nə qədər xəstə xəstəxanaya yerləşdirilir?

— Təsəvvür edin, gün ərzində 160-170 xəstə xəstəxanalara yerləşdirir, biz onların həyatını xilas edirik. Bizim xalqımız yaxşı olardı ki, qonşu ölkələrin pis təcrübələrindən nəticə çıxarmasınlar. Orada o həkimi, burada bu həkimi vururlar. Bu bizim millətə xas olan hərəkət deyil. Ola bilsin ki, hansısa həkimin səhvi var. Amma bunu ümumiləşdirmək olmaz. Səhiyyə Nazirliyi hər bir müraciətə ciddi yanaşır. Məsələləri araşdırmadan zorakılığa yol vermək olmaz. Bəzən insanlar özləri məhkəmə qurub, özləri cəzalandırırlar. Bu düzgün deyil. 

Uşağın boğazını müayinə edən qadın - Sputnik Azərbaycan
SƏHİYYƏ
“Çöpçülər həkimlərimizdən güclüdür”

Bu il 416 təşəkkür, bundan iki dəfə az — 217 töhmətimiz olub. Şiddətli töhmətlərimiz və işdən xaric olma hallarımız da var. Siz düşünün, Təcili Yardım bir gün işləməsə, şəhərdə necə xaos olar? 

Artıq biz bu gün planşet sistemini təqdim etmişik. Yeni çağırış kartları modelləri hazırlanıb və heyətə verilib. Heyət artıq bu prosesi qısa müddət ərzində tətbiq edəcək. Sanitar avtomobillərin izlənilməsi daha da ciddiləşib. Xüsusi dövlət xidməti ilə müqavilə bağlamışıq və onlar bizi həm sürətli internetlə, həm də nəqliyyat vasitələrinin hərəkətinin  izlənilməsi ilə təmin edirlər. Bilirsiniz ki, sanitar avtomobillər yolda həm işıq mayakı, həm səs siqanlından istifadə edərək hərəkət edirlər. Düzdür, biz şəhərdə səs siqnallarına hissəvi olaraq qadağa qoymuşuq. İnsanları narahat etmək istəmirik. Çalışırıq ki, səs siqnallarından məhdud sayda istifadə edək. Əsasən işıq mayaklarından istifadə edərək hərəkət edirik. 

Pik saatlarda biz tıxaclara düşürük. Vətəndaşlara vəziyyəti başa salırıq. Düzdür, bəzən gecikmələr olur. Bu, əsasən bayram günlərinə təsadüf edir. Amma gecikmə 15-20 dəqiqədən çox olmur. 138 briqadanın hər biri məşğuldursa, biz sadəcə boşalmanı gözləyirik. 

- Bir çağırış neçəyə başa gəlir?

— Bəzən bizə deyirlər ki, briqadaların sayını artırın. Düzdür, təcili yardım xidməti əhali üçün pulsuzdur,amma dövlət üçün bu heç də ucuz başa gəlmir. Devalivasiyadan öncə bir çağırışın qiyməti orta hesabla 100 manatdan artıq idi. Bura ayrılmış dərman vəsaitlərinin qiyməti, həkimin maaşı, onun geyimi, nəqliyyat vasitəsinin saxlanması, onun yanacağı, təmiri, bizim fəaliyət göstərdimiz binalar, onların təmiri, sertifikatlaşma, avadanlıqların təmiri aiddir. Hamısı dövlət hesabından ayrılmış  vəsaitdir. Vətəndaş bilməlidir ki, öz düzgün olmayan hərəkəti ilə dövlət büdcəsinə zərər verir. 

Şəki Regional Perinatal Mərkəzi - Sputnik Azərbaycan
HADİSƏ
Həkim səhlənkarlığının daha bir qurbanı

Bizim səhiyyəmiz çox inkişaf edib. Mükəmməl həkim personalı, təmin olunmuş avadanlıq var. Son 12 ildə Azərbaycan səhiyyəsi sıçrayışla inkişaf edib. Kim bunun əksini desə, demək ya kordur, ya da məqsədli deyir. Bizim səhiyyəmiz çox ölkələrin səhiyyəsindən irəlidədir.

- Əgər səhiyyəmiz inkişaf edibsə, bəs niyə əhali müalicə üçün xarici ölkələrə üz tutur?

— Rusun bir sözü var “biz harada yoxuqsa, ora yaxşıdır”. Mənim övladım Almaniyada həkim işləyir. Mən onunla hər gün skypla danışıram. Biz təriflədiyimiz alman səhiyyəsi ilə Azərbaycan səhiyyəsini müqayisə etsək, mən deyərəm ki, Azərbaycan səhiyyəsi qat-qat inkişaf edib. Onun oradakı hərəkətlərinə, danışdıqlarına fikir verəndə görürəm ki, haqlıyam. O, Türkiyədə təcrübə keçib, hazırda Almaniyada işləyir. Mən qonşu ölkələrin səhiyyəsinə pisləyə bilmərəm. Bu həkim etikası qaydalarına sığmayan bir iş olar. Hər halda həmkarıq. Bircə onu deyə bilərəm ki, ora gedib qayıdan xəstələr yenidən bizə müraciət edir. Ölkələr var ki, hormonal preparatlar vurulur, müvəqqəti olaraq hormonların hesabına insanın əhval-ruhiyyəsini yüksəldirlər. Bədəndə olan ehtiyatı vaxtından öncə sərf edərək, xəstənin həyatını qısaldırlar. Bizim səhiyyəmizi bəyənmirlər, külli miqdarda xərc çəkib başqa ölkədə müalicə alır və sonda bizim dediklərimiz təsdiqini tapır. Onlar da biz yazdığımız preparatlarla müalicə edirlər. Reseptləri tutuşduranda görürük ki, eyni dərmanlardır. Yəni, molekulyar tərkibi eyni olan dərmanlardır. Azərbaycanda bütün cərrahi əməliyyatlar aparılır. Başqa ölkələrdən həkimlər də dəvət olunanda bizim alətlərlə, avadanlıqla əməliyyat edirlər. Özləri ilə avadanlıq gətirmirlər ki! Bizim də aparıcı mütəxəssislərimiz var. Gedib xarici ölkələrdə öyrənib, gəlirlər. Bununla yanaşı xarici ölkə vətəndaşları var ki, müalicə üçün bizə müraciət edirlər.

Xəbər lenti
0