Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Şahin Diniyev “İlin məşqçisi” adına bu şəxsləri layiq gördü

© Photo : kapazpfc.azŞahin Diniyev
Şahin Diniyev - Sputnik Azərbaycan
Abunə olmaq
“Kəpəz”in məşqçisi özündən əlavə 3 məşqçini ən yaxşı məşqçi adlandırıb

BAKI, 22 fev — Sputnik. Azərbaycan Mətbuat Şurasının və "Olimpiya dünyası" qəzetinin dəstəyi ilə "Olimpsport" jurnalının keçirdiyi sorğunun nəticələrinə əsasən ilin ən yaxşı məşqçisi kimi “Kəpəz” klubunun baş məşqçisi Şahin Diniyev seçilib. Qaliblərin adı açıqlanandan sonra mövzu sosial şəbəkələrdə müzakirəyə çıxarılıb.

Sosial şəbəkə istifadəçilərinin bir qismi Şahin Diniyevi 2016-cı ilin ən yaxşı məşqçisi adına layiq bilməyiblər. Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı məşqçinin özündən münasibət alıb. Şahin Diniyevin ilin məşqçisi seçilməsinə münasibəti belə olub: 

Kristiano Ronaldo sevgilisi Georgina Rodrigez - Sputnik Azərbaycan
İDMAN
Dünyanın 1 nömrəli ulduz futbolçusu evlənməyə qərar verdi
“Mənim üçün gözlənilməz mükafatdır. Bəlkə də “Kəpəz”in heç kimin gözləmədiyi bir halda birinci ildəcə Avropada ikinci mərhələyə keçməsi gözlənilməz olub. Başqa klublara baxanda, büdcəmizin az olmasına baxmayaraq bu qədər irəli getməyimizin özü də uğurdur. Axı “Kəpəz”in “Qarabağ” və “Qəbələ” kimi əlində böyük imkanlar yoxdur. Çalışırıq əlimizdə olanlarla irəli gedək”.

Ş.Diniyev yeni mövsümdə uğursuz nəticələrindən də danışıb: “Doğrudur, 2017-ci il bizim üçün uğurlu başlamadı. Qara zolağa düşdük. Amma son 2 oyundakı nəticələr artıq “Kəpəz”in uğur qazanacağını göstərir. Mövsümün sonunda biz öz layiqli yerimizi tutacağıq”. 

“Kəpəz”in məşqçisi özündən əlavə 3 məşqçini ən yaxşı məşqçi adlandırıb: “İlin nəticələrinə görə Qurban Qurbanov, Robert Prosineçki və Roman Qriqorçuk ilin ən yaxşı məşqçisi adına layiq olan məşqçilərdir. “Qarabağ” və “Qəbələ” klublarının Avropada göstərdiyi nəticələr, həm də millimizin ilk dəfə 7 xal qazanmasını böyük uğur kimi qəbul edirəm və belə olan halda adlarını çəkdiyim hər üç məşqçi ən yaxşılar adına layiqdirlər”. 

Xəbər lenti
0