BAKI, 10 fev – Sputnik. İspaniyanın "Real" (Madrid) futbol klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo sevgilisi Georgina Rodriguez ilə evlənməyə qərar verib. Sputnik Azərbaycan Türkiyə NTV-nə istinadən xəbər verir ki, futbolçunu belə ani qərar verməyə vadar edən anası olub.
31 yaşlı ulduz futbolçunun 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatından öncə evlənməyi düşündüyü açıqlanıb. Ronaldonun, sevgilisi Georginadan çoxlu uşaq istədiyi də bildirilib.
Kriştiano Ronaldonun daha öncə də fərqli qadınlarla əlaqələri olmuş, ancaq evlilik məsələsi gündəmə gəlməmişdi.