Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Firdovsi Umudov: “Səhv aradan qaldırılmasa, növbəti görüşə çıxmayacağımızı bildirdik”

© WikipediaFirdovsi Umudov
Firdovsi Umudov - Sputnik Azərbaycan
Abunə olmaq
Yığma komandanın baş məşqçisi: "ABŞ komandası ilə görüşdə 74 kq çəki dərəcəsində hakim haqzıslığı ilə üzləşdik"

BAKI, 20 fev — Sputnik. İran İslam Respublikasının Kirmanşah şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında bürünc medal qazanan yığma komandamızın üzvləri Vətənə qayıdıblar. 

Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yığma komandanın baş məşqçisi Firdovsi Umudov açıqlamasında qazanılan qələbənin ilk növbədə dövlətimizin qələbəsi olduğunu bildirib: "Güləşçilərimiz doğrudan da sona qədər mübarizə apardılar, möhtəşəm qələbə qazandılar. Bildiyiniz kimi, A qrupunda biz çox güclü güləş ölkələri ilə — Rusiya, ABŞ və Gürcüstan komandaları ilə mübarizə apardıq. Rusiya və Gürcüstan komandalarını məğlub etdikdən sonra ABŞ idmançıları ilə qarşılaşdıq. Yarışdan öncə biz ilk üçlükdə qərarlaşmağı planlaşdırmışdıq. Görüşləri keçdikcə isə qızıl medalları qazanmağa daha ümidli idik. Ancaq ABŞ komandası ilə görüşdə 74 kq çəki dərəcəsində hakim haqzıslığı ilə üzləşdik. Görüşün sonuna 1 dəqiqə qalmış ardıcıl 3 xəbərdarlıqla Murad Süleymanova texniki məğlubiyyət verilməsi görüşün nəticəsinə ciddi təsir etdi. 

Чемпионат Азербайджана по борьбе среди взрослых - Sputnik Azərbaycan
İDMAN
Dünya Kuboku: Azərbaycan güləşçiləri Rusiya və Gürcüstanı məğlub ediblər

Dünya Kuboku mənim baş məşqçi təyin olunduğum məşçilər korpusunun 2017-ci ildə ilk ciddi yarışı idi. Bu, bizim hamımızın birlikdə əldə etdiyimiz nəticədir. Bu nailiyyət həm də Azərbaycan Güləş Federasiyası rəhbərliyinin, Federasiyamızın prezidenti Fazil Məmmədovun, I vitse-prezident Namiq Əliyevin komandamıza göstərdiyi diqqətin nəticəsidir."

Heyətdə əsasən gənc və təcrübəsi az olan güləşçilərə yer verdiklərini bildirən baş məşqçi komandanın hər bir üzvünün sona qədər mübarizə aparıb, əzmkarlıq nümayiş etdirdiyini xüsusi qeyd edib.

"Dövlətimizin və Federasiya rəhbərliyinin qarşımıza qoyduğu tələblərdən biri Tokio-2020 üçün ehtiyat qüvvənin formalaşdırılmasıdır. Bu məqsədlə heyətdə Hacı Əliyev, Cəbrayıl Həsənov, Georgi Edişeraşvili, Şərif Şərifov və Cəmaləddin Məhəmmədov kimi təcrübəli güləşçilərimizlə yanaşı, Mahir Əmiraslanov, Əli Rəhimzadə, Məhəmməd Müslümov, David Suynuçxanov, Murad Süleymanov, Nurməhəmməd Hacıyev, Aslanbek Alborov kimi gənc güləşçilərimizə də yer vermişdik. Onlar da özlərini yaxşı tərəfdən göstərə bildilər. 61 kq-da mübarizə aparan Əli Rəhimzadə Rusiya ilə görüşdə Olimpiya çempionu Camal Otarsultanovu məğlub etdi. ABŞ-la görüşdə isə dünya çempionuna 12-11 hesabı ilə uduzdu. Müəyyən səhvlər var idi ki, əsas da təcrübəsizlik, onların üzərində gələcəkdə işləyəcəyik. 97 kq-da mübarizə aparan Aslanbek Alborov ABŞ komandası ilə görüşdə Rio Yay Olimpiya Oyunlarının qalibi Kyle Snyderi məğlub etdi. Güləşçilərimizin hər birini təbrik edir, əsl xarakter nümayiş etdirdiklərinə görə onlara təşəkkür edirəm". 

Güləş - Sputnik Azərbaycan
İDMAN
15 güləşçimiz Dünya Güləş Birliyinin reytinq siyahısına düşüb

Yarış zamanı meydana gələn bayraq probleminə münasibət bildirərkən yığma komandanın baş məşqçisi bildirib ki, bayrağı qorumaq hər kəsin borcudur. 

"Bayrağımız bizim canımızdır, qanımızdır. Bu bayraq ata-babalarımızın, şəhidlərimizin qanı bahasına qorunub saxlanıb. Ona görə də hər birimiz bayrağımızı sevməliyik, onu qorumalıyıq. Dövlətindən, gücündən, əhalisinin sayından, ərazisinin böyüklüyündən asılı olmayaraq kimlərsə bizim dövlətimizə, bayrağımıza qarşı haqsızlıq edərsə, biz buna etirazımızı bildirməliyik. Dünya Kuboku zamanı da təşkilatçılar ilk görüşdə bayrağımızı səhv çıxarmışdılar. Biz bunu görəndən sonra öz etirazımızı bildirdik. Səhv aradan qaldırılmasa növbəti görüşə çıxmayacağımızı onlara çatdırdıq. Hər bir ehtimalı nəzərə alaraq özümüzlə apardığımız şanlı Azərbaycan bayrağımızı yarış zalına gətirdik və təşkilatçılara təqdim etdik. 

Bu gün biz bütün dünyaya sübut edirik ki, heç kəs bizim dövlətimizə yuxarıdan aşağı baxa bilməz. Bizim bir dövlətimiz, bir bayrağımız var. Hər birimiz daha diqqətli olmalıyıq ki, baş verə biləcək bu cür təxribatların qarşısını alaq". 

Sərbəst güləşçilər - Sputnik Azərbaycan
İDMAN
Güləşçilərimiz Dağıstandan 5 medalla qayıtdılar

Prezident tərəfindən 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi ili" elan edilməsinə toxunan Firdovsi Umudov qarşıda görüləcək işlərin hələ çox olduğunu bildirib: 

"Qarşıda bizi IV İslam Həmrəyliyi Oyunları, Avropa çempionatı kimi mötəbər yarışlar gözləyir. Təqvim planımız olduqca gərgin və sıxdır. Çalışacağıq ki, dövlətimizin, Federasiya rəhbərliyinin etimadını, güləş azarkeşlərinin ümidlərini doğruldaq və daha yaxşı nəticələr qazanaq. Gənc və peşəkar komandamızla birlikdə biz hələ çox nailiyyətlər qazanacağıq. Qarşımızda böyük hədəflər var, bu hədəflərə nail olmaq üçün var-gücümüzlə çalışacağıq". 

Xəbər lenti
0