Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

15 güləşçimiz Dünya Güləş Birliyinin reytinq siyahısına düşüb

Abunə olmaq
Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa daxil ola bilib

BAKI, 5 yan — Sputnik. Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən, 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb. Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, sərbəst güləşçilərimizdən 15 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında yer tutub. Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa daxil ola bilib.

Rio Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) reytinqdə də 2-ci sırada qərarlaşıblar. Olimpiadanın bürünc medalçıları Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) reytinq siyahısında 3-cü olublar.

Qeyri-olimpiya çəki dərəcəsində Dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) da reytinqə 3-cü sıradan daxil olub. Onluğa daxil olan daha bir güləşçimiz isə Cəmaləddin Məhəmmədovdur (125 kq).

Xəbər lenti
0