Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Yaxın Şərqin yeni xəritəsi masa üstündə

© SputnikSəudiyyə Ərəbistan ordusu
Səudiyyə Ərəbistan ordusu - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyə Ərəbistanının neft ixracında mövqeyini zəiflətmək üçün bu ölkənin 4-5 hissəyə parçalanması istisna deyil

BAKI, 14 fev — Sputnik. Alət olmaq yaxşı iş deyil. Böyük dövlətlərin oyununda din amilindən istifadə ediləndə isə faciə baş verir. Bu gün bölgədə baş verənlər din müstəvisində oynalınan geosiyasi oyunların xəbərçisidir. Vaşinqton yaxın illər üçün yeni doktrina ilə çıxış edir. ABŞ üçün indiki situasiyada sünni-şiə münaqişəsini qızışdırmaq əsas meyardı.

Trampın andiçməsindən sonra Milli Kafedral Kilsədə keçirilən dini ayinlər - Sputnik Azərbaycan
TƏHLİL
"İslam radikalizmi" ssenarisi işə düşür

Məsələ ondadır ki, neftin qiymətinin dünya bazarında aşağı düşməsi ABŞ maraqlarına cavab vermir. Hesablamalar onu deməyə əsas verir ki, neftin qiyməti 60 dollardan yuxarı olanda ABŞ-da neft hasilatı rentabelli olur. Bu baxımdan, neft bazarına nəzarət Vaşinqton üçün önəmlidir. Odur ki, neftin qiymətinə təsir edə biləcək amillər aradan qaldırılır.

Məsələn, İran neftinin dünya bazarına çıxması qiyməti aşağı sala bilər. Səudiyyə Ərəbistanı da neft bazarına birbaşa diqtə edir. İstisna deyil ki, yaxın zamanlarda ABŞ Səudiyyə Ərəbistanını parçalamağa, yaxud indiki kral Salmanı dəyişməyə də cəhd edə bilər. Vaşinqton Səudiyyə Ərəbistanının neft ixracında mövqeyini zəiflətmək üçün bu ölkənin 4-5 hissəyə parçalanmasını arzulayır. O cümlədən, İraqın 3 yerə — şiə, sünni və kürd bölgələrinə bölünməsi mexanizmi işə düşüb.

Vurğulayaq ki, İraq parçalanarsa, şiələr nəzarət etdikləri ərazilərin bir çoxuna, o cümlədən, Kərkük yaxınlığındakı şimal neft yatağına nəzarəti itirəcəklər. Bu yataq İŞİD-in səyləri ilə kürdlərin əlinə keçib. Təbii ki, ABŞ və müttəfiqləri çoxdan asanlıqla İŞİD-i sıradan çıxarda bilərdi. İraq ordusu, Misir, İordaniya, Səudiyyə Ərəbistanı hərbiçilərinin birgə əməliyyatları ilə İŞİD-i qısa zamanda məhv etmək olardı. Lakin İŞİD İrana qarşı savaşda Amerikaya lazım olacaq və odur ki, bu terroçu təşkilat tam sıradan çıxarılmır.

Bir amilə də diqqət yetirmək lazım gəlir. Bölgənin digər mühüm oyunçusu olan İsrail Rusiyanın İrana C-300 raket sistemləri verilməsi qərarından narazı qalıb. İsrail üçün İranın zəifləməsi vacibdir. Səudiyyə Ərəbistanı, Misir və İordaniyanı da Tehranın güclənməsi narahat edir.

Vurğulayaq ki, hazırda ərəb dünyasının sünni və şiə kəsimlərə bölünməsi prosesi gedir. Bu şərtlərdə Türkiyə sünni hissənin lideri ola bilər. Ən azı ona görə ki, Səudiyyə Ərəbistanı bu rolu oynamaq iqtidarında deyil. ABŞ Misirə dəstək verməklə Ankaraya qarşı güc formalaşdırır.

Suriya, Əl-Bab - Sputnik Azərbaycan
TƏHLİL
Regionda yeni müharibə ab-havası

Nəzərə almaq lazımdır ki, Səudiyyə Ərəbistanının Şərq vilayətində daha çox şiələr yaşayırlar. Krallığın əsas neft hasilatı da, məhz bu vilayətin payına düşür. Vaşinqton Səudiyyə şiələrini Səud sülaləsinə qarşı qiyama qaldıra bilərsə, ölkənin parçalanması qaçılmaz olardı. ABŞ-ın istəyi də elə budur. Ərəbistan yarımadasında Səudiyyə Ərəbistanı, Yəmən, Bəhreyn, İraq və regionun digər ölkələrində yaşayan şiələri, ələviləri birləşdirən 75 milyon əhalisi ola biləcək yeni bir dövlətin yaradılması ideyası da gündəmə gətirilir.

Hazırda Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, BƏƏ, Misir, İordaniya, Bəhreyn, Mərakeş, Pakistan, Sudanın cəlb olunduğu beynəlxalq münaqişə gərginləşir. Vəziyyət irimiqyaslı sünni-şiə qarşıdurması və ardınca İranla digər ərəb ölkələrinin müharibəsinə səbəb ola bilər. İran tərəfdə İraq, Livan, Suriya şiələri çıxış edə bilər. Nəzərə alsaq ki, Bab-əl-Məndəb boğazı vasitəsilə Qırmızı dənizdən Hind okeanına il ərzində 20 min gəmi keçir, Yəməndəki müharibə qlobal nəqliyyat böhranı yarada bilər. Bu isə Səudiyyə Ərəbistanın neft ixracında mövqeyini daha da zəiflədə bilər.

Səudiyyə Ərəbistanında sosial-siyası və dini zəmində gərginliyin artması isə artıq qaçılmaz görünür. Səudiyyənin bir qədər əvvəl Yəmən şiələrinə qarşı hərbi əmiyyatlarında Vaşinqtonun iştirakı şübhə doğurmur. Vaşinqton Suriyadakı müharibə ilə zəifləyən Səudiyyə Ərəbistanını İranın çox böyük maraqları və təsiri olan ölkədə münaqişəyə cəlb etdirməklə öz maraqlarına xidmət etmiş oldu.

Ən acınacaqlısı isə odur ki, baş verənlər ABŞ-ın neft maraqları uğrunda gedən savaşın tərkib hissəsidir. Milyonlarla müsəlman isə bütün bunları "gerçək din uğrunda cihad" kimi qəbul edir. Təhsildən ayrı düşən müsəlmanlar baş verənlərin pərdəarxasını anlamaq iqtidarında deyillər. İstər şiələri, istərsə də sünniləri bir-birinə qarşı savaşa sürükləyənlər siyasi maraqları ilə yanaşı qarşıduran tərəflərə satdıqları silah satışından xeyli zənginləşirlər. Heç də təəccüblü deyil ki, ən radikal dini cərəyanların böyük əksəriyyətinin liderləri xarici ölkələrin agenturasından ibarət olur…

Xəbər lenti
0