Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Regionda yeni müharibə ab-havası

© REUTERS / Abdalrhman Ismail / Mediabanka keçidSuriya, Əl-Bab
Suriya, Əl-Bab - Sputnik Azərbaycan
Abunə olmaq
Suriya danışıqlarının iflasa uğraması buna bir bəhanə ola bilər

BAKI, 20 yan — Sputnik. Yanvarın 23-də Astanada Suriya böhranı ilə bağlı sammit keçiriləcək. Rusiya, İran və Türkiyə rəsmilərinin iştirakı ilə baş tutacaq üçtərəfli görüşdə Suriyada uzunmüddətli atəşkəsin təmin edilməsi və terrorçulara qarşı mübarizə üsulları müzakirə olunacaq.

Donald Tramp , arxiv şəkli - Sputnik Azərbaycan
TƏHLİL
Donald Tramp postunu vaxtından əvvəl itirə bilər

Danışıqlarda Suriya hökumətini BMT-dəki daimi nümayəndə Bəşər Cəfəri təmsil edəcək. Rəsmi Dəməşqin nümayəndə heyətinə qatılacaq şəxslər arasında hərbçilər və hüquqşünaslar da olacaq. Nəzərlər daha çox Səudiyyə Ərəbistanının himayəsi altında olan "Ceyşül-İslam" təşkilatının siyasi qanadının başçısı Məhəmməd Aloşun danışıqlara qatılmasına yönəlib.

Qeyd edək ki, Vaşinqtonun görüşdə hansı səviyyədə təmsil olunacağı bəlli deyil. Sadəcə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Astanada keçiriləcək sammitə ABŞ-ın qatılacağını söyləyib. İddialara görə, görüşdə Donald Trampın nümayəndəsi iştirak edə bilər.

Bu arada Suriya müxalifəti Astana görüşündə iştirak etmək üçün şərtlərini açıqlayıb. Müxalifətin ilk şərti hərbi əməliyyatların tamamilə dayandırılması, ikinci tələbi isə danışıqlara, yalnız Bəşər Əsədin rəqibi olan "mülayim" hərbi müxalifətin deyil, eyni zamanda siyasi hakimiyyət nümayəndələrinin də qatılmasıdır.

Suriya probleminin həlli üçün Rusiya və ABŞ-ın mövqelərinin üst-üstə düşməsi önəmlidir. Lakin proseslərin təhlili onu deməyə əsas verir ki, Vaşinqton və Moskva bu məsələdə ortaq məxrəcə gələ bilmir. Bu baxımdan, ABŞ-ın yeni prezidenti Donald Trampın nümayəndəsinin görüşdə iştirakı da heç nəyi həll etmir. Hətta ehtimal etmək olar ki, tezliklə Suriyada yenidən qanlı döyüşlərin şahidi olacağıq.

Bir sözlə, yaxın müddət ərzində Suriyada sülhə nail olmaq imkansız görünür. Bölgənin digər oyunçularından olan Türkiyə Bəşər Əsədin hakimiyyətdən getməsini tələb edir, bunun əksinə Rusiya Əsədi müdafiə edir. ABŞ "Əsədsiz Suriya" modeli üzərində işləyir və PKK üçün xəyali "Kürdüstan" ideyasını reallaşdırmaq niyyətini gizlətmir. Bu qədər kəskin mövqe dəyişikliyinin olduğu yerdə problemi sadəcə Astana görüşü ilə həll etmək mümkün deyil.

Крейсер Адмирал Кузнецов и СКР Адмирал Григорович впервые задействованы в операции в Сирии - Sputnik Azərbaycan
RUSİYA
Rus ordusunun bir hissəsi Suriyadan çəkilir

Yaranmış vəziyyətdə Səudiyyə Ərəbistanı və onun bölgədəki müttəfiqləri mənfəət götürməyə çalışırdı, lakin tələsdikləri üçün ciddi səhvlərə yol verdilər. Vurğulayaq ki, Suriya istər ABŞ, istərsə də Rusiya üçün çox əhəmiyyətli bir ölkədir. Bu baxımdan, Suriya uğrunda ciddi mübarizənin davam edəcəyini ehtimal etmək mümkündür. ABŞ və Rusiya arasında müşahidə edilən gərginlik getdikcə daha da dərinləşə bilər.

Görünən budur ki, region dövlətlərinin Suriya münaqişəsinə cəlb edilməsi qaçılmaz olacaq. Bu məsələdə Türkiyə və İranın proseslərə daha aktiv cəlb edilməsi də istisna edilmir. Əgər bu, reallaşarsa, regionda ciddi fəsadlar yaşana bilər və savaş yalnız Suriya uğrunda deyil, bütövlükdə bölgə uğrunda gedə bilər. Bu baxımdan savaşın sahəsinin daha da genişlənə biləcəyini təxmin etmək mümkündür.

Ehtimal etmək olar ki, ABŞ starteqləri müharibənin külli miqdarda maliyyə vəsaiti tələb etdiyini nəzərə alırlar. Bu baxımdan, kiçik dövlətlərin bir-biri ilə savaşı böyük dövlətlər üçün yeni bazarlar açır və böyük ölkələr döyüşən tərəflərə silah satır. Bu isə milyardlarla vəsait deməkdir. Belə olan təqdirdə, Vaşinqtonun Suriya danışıqlarını iflasa uğratmaq niyyəti anlaşılandır. 

Əgər Suriya danışıqları iflasa uğrayarsa, ehtimal etmək olar ki, Türkiyə Suriyaya hərbi müdaxiləsini davam etdirəcək. Türkiyə hökuməti Suriyaya NATO-nun iştirakı olmadan girərsə, bu, Ankara üçün problemlər də yarada bilər.

Bu baxımdan, Suriya böhranından çıxış üçün Moskva, Ankara və Vaşinqtonun da mövqeyi həlledici ola bilərdi. Lakin Vaşinqton Ankaradan Suriyaya müdaxiləyə son qoymağı və geri çəkilməyi tələb edir. Belə gedişat Ərdoğanı razı sala bilməz. Lakin Türkiyənin başqa yolu qalmır.

Savaş yaxındadır. Bütövlükdə bölgə yenidən qan içində çalxalana bilər və Suriya danışıqlarının iflasa uğraması buna bir bəhanə olacaq…

Xəbər lenti
0