Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aztəminatlı ailələrə ailə biznesi qurmaq üçün imkan yaradılır

© Sputnik / Murad OrujovМинистерство труда и социальной защиты населения
Министерство труда и социальной защиты населения - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda dövlət səviyyəsində özünüməşğulluq proqramının icrasına başlanılıb

BAKI, 13 fev – Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə Prezidentin ehtiyat fondundan 6 milyon manat vəsait ayrılıb və ilk dəfə olaraq Azərbaycanda dövlət səviyyəsində özünüməşğulluq proqramının icrasına başlanılıb.

Proqram çərçivəsində aztəminatlı ailələrin özünüməşğulluğunun dəstəklənməsi istiqamətində ilk tədbir olaraq Tərtər, Hacıqabul və Laçın rayonları üzrə bir qrup işsiz və işaxtaran vətəndaşa mal və materiallar təqdim edilib. 

Yeni tikili binalar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sosial mənzillər aztəminatlı ailələr üçün əlçatmaz olacaq

Tərtər rayonunda mal və materialların təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, millət vəkili Sahib Alıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş təlimçisi Azad Rəhimov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Bildirilib ki, "İşaxtaran və işsiz vətəndaşların özünüməşğulluğunun təşkili Tələbləri” əsasında mərhələli şəkildə işlər aparılıb. İlk mərhələdə özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən, 2016-cı ilin 01 aprel tarixinədək məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər seçilərək biznesin təşkili ilə bağlı iki aylıq təlim kurslarına cəlb ediliblər. Təlim kurslarında BƏT-in baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən iştirakçılara biznes fəaliyyətinin təşkili ilə bağlı zəruri bilik və bacarıqlar öyrədilib. 

Ünvanlı sosial yardımın ödənilməsi. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ünvanlı sosial yardımların məbləği artırılacaq

İştirakçılardan 1789 nəfəri kursları uğurla başa vurub. Onların hazırladıqları biznes-planların qiymətləndirilməsi biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında, obyektiv və tam şəffaf şəraitdə keçirilib. Qiymətləndirmədə kursları bitirənlərdən 07 fevral 2017-ci il tarixə 80 faizinin biznes planları müsbət dəyərləndirilib. Uğurlu hesab edilən biznes-planların 83,6 faizi kənd təsərrüfatı, 9,4 faizi xidmət, 6,6 faizi istehsal, 0,4 faizi ticarət sahələrinə aiddir. 

Artıq 10 rayon (Laçın, Tərtər, Hacıqabul, Ağcabədi, Beyləqan, Xocavənd, Ağsu, İsmayıllı, Qəbələ, Göyçay) üzrə ümumilikdə 126 nəfər iştirakçının biznes planlarının reallaşdırılması üçün tələb olunan aktivlərin alınaraq iştirakçılara təqdim olunması prosesinə başlanılıb. Həmin rayonlardan Laçın rayonu üzrə 12 nəfər, Tərtər rayonu üzrə 11 nəfər, Hacıqabul rayonu üzrə 8 nəfər, ümumilikdə 31 nəfər iştirakçıya biznes planlarına uyğun olaraq fərdi təsərrüfatlarının qurulması üçün mal və materiallar alınıb verilib. Bu proses ölkənin digər rayon və şəhərlərində də davam etdiriləcək.  

Xəbər lenti
0