CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ünvanlı sosial yardımların məbləği artırılacaq

© Sputnik / Murad OrujovÜnvanlı sosial yardımın ödənilməsi. Arxiv şəkli
Ünvanlı sosial yardımın ödənilməsi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkədə ehtiyac meyarının 10,5% və ya 11 manat artırılaraq 116 manata çatdırılması təklif edilir

BAKI, 8 dek — Sputnik. 2017-ci ildə Azərbaycanda ehtiyac meyarının 10,5% və ya 11 manat artırılaraq 116 manata çatdırılması təklif edilir. Sputnik xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Maliyyə hesabatı, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sosial sığorta üzrə müavinətlərin məbləği artırılır

"Bu vəsaitin artması hesabına gələn il aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımın məbləğinin artırılması nəzərdə tutulur", — deputat əlavə edib.

Qeyd edək ki, "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi təsdiqlənərsə, 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

"Son illər Azərbaycanda ünvanlı sosial yardımlarla bağlı müsbət istiqamətdə dəyişikliklər var. Amma, işsizliklə bağlı problemləri nəzərə alsaq, indiki çətin iqtisadi dövrdə işsiz ailələrə kömək etmək olar".

Bunu isə, iclasda millət vəkili Rəfael Cəbrayılov deyib. "Elə ailələr var ki, onların evlərinə əmək haqqı qismində gəlir daxil olmur və onlar iş tapa bilmirlər. Belə insanlara müvqəqqəti kömək etmək lazımdır. Şərti də olsa, belə şəxslərə ünvanlı sosial yardım verilə bilər", — deputat bildirib.

O, əlavə edib ki, əmək pensiyalarının hesablanması ilə bağlı bəzi bölgələrdə ciddi problemlər var: "Bu problemlər məhkəmə çəkişmələrinə qədər gedib çıxır. Bəzən insanlar məhkəmələrdə udsalar da, onların yerinə yetirilməsi ilə əlaqədar problemlər ortaya çıxır. Bu baxımdan nazirlik bununla bağlı məsələləri ciddi nəzarətdə saxlamalıdır".

Xəbər lenti
0