CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının dayanacaq problemi: əhali nədən narazıdır?

© Sputnik / Murad OrujovBakıda avtobus dayanacağı
Bakıda avtobus dayanacağı - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhər daxilindəki dayanacaqlar arasında məsafə 400-600 metr olmalıdır, amma bəzi istisnalar var

BAKI, 13 fev — Sputnik. Bakı şəhərində avtobus dayanacaqları insanların ən çox şikayət etdiyi mövzulardandır. Sərnişinlər bildirirlər ki, bəzən lazımlı yerlərdə dayanacaq quraşdırılmır, əvəzində isə lazım olmayan, "insan ayağı dəyməyən" məkanlarda dayanacaq qoyulur.

20 yanvar dairəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Üç rəsmi qurum bu problem üzərində baş sındırır

Sputnik Azərbaycan-ın redaksiyasına gələn bu dəfəki şikayət məktubu da məhz Bakı şəhərində quraşdırılan dayanacaqlar ilə bağlıdır. Məktubu olduğu kimi qeyd edirik:

"Mən, Şəmsəddin Xudiyev neçə ildir işə Milli Məclisin yanındakı dayanacaqda avtobusdan düşərək gedirdim. Evə geri dönən zaman isə Milli Məclis ilə üzbəüz "Alov qüllələri" kompleksinin yanından avtobusa minərək gəlirdim. İki gün öncə yenə də həmişəki kimi "Alov qüllələri" kompleksinin yanında dayanıb gözlədim. Xeyli müddət gözləsəm də, avtobuslar artıq həmişə olduğu kimi saxlamır və gəlib yanımızdan keçirdi. Məcbur qalıb, soyuq, yağışlı havada növbəti dayanacağa kimi piyada getdim və orada avtobus sürücülərindən niyə dayanmadıqlarını soruşdum. Məlum oldu ki, Nəqliyyat Agentliyi "Alov Qüllələri" kompleksinin yanında avtobus dayanmasını qadağan edib. Ona görə də, avtobuslar artıq orada dayanmır. Digər dayanacağa getmək isə çox uzaqdır. Xahiş edirəm bizə kömək edin".

Avtobuslar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxt avtobuslarında qorxunc mənzərə

Məsələni dəqiqləşdirmək üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevə müraciət etdik. Mətbuat xidmətinin rəhbəri yaranan problemlə bağlı bildirdi ki, "Alov qüllələri" kompleksinin yanında heç zaman dayanacaq olmayıb: "Avtobuslar orada icazəsiz dayanaraq, süni şəkildə "dayanacaq" yaradıb. Eyni zamanda, orada dayanacağın olması normal deyil. Çünki yol hərəkətinə təhlükə yaradır. Avtobus dönən kimi dayanırdı, bu da digər nəqliyyat vasitələrinə maneə törədirdi. Həm də, orada piyada keçidi var. İnsanlar avtobusun önündən keçərək piyada keçidindən keçən zaman, arxadan gələn avtomobil ötmə hərəkəti zamanı piyadanı görməyib vura bilərdi. Bunları nəzərə alaraq orada avtobusların dayanmasını qadağan etdik".

Mais Ağayev qeyd edib ki, hal-hazırda dayanacaqla bağlı araşdırma gedir: "Şəhərlərdə dayanacaqlar arasında məsafə 400-600 metr olmalıdır. Bu ərazidəki dayanacaqlar arasında məsafə çox olarsa, piyadalara çətinlik törədərsə, o zaman məsələyə yenidən baxılıb dəyişiklik edilə bilər".

"Əhalinin kütləvi müraciəti zamanı haradasa dayanacaq quraşdırıla bilər. Amma bir şərtlə ki, həmin ərazidə yerləşdirilən dayanacaq heç bir təhlükə yaratmasın" — BNA sözçüsü vurğulayıb.

O, əlavə edib ki, dayanacaqlarla bağlı təhlillər aparılıb, lazımsız, təhlükəli dayanacaqlar yığışdırılacaq və daha əlverişli yerlərdə quraşdırılacaq: "Bu, ilk ləğv edilən "dayanacaqdır". Yaxın günlərdə daha bir neçə dayanacaq, o cümlədən avtobusların icazəsiz dayandığı yerlər ləğv edilib, başqa yerə keçiriləcək. Dayanacaq yığışdırılmır, sadəcə, piyadalar və digər sürücülər üçün daha uyğun və təhlükəsiz yerlərə köçürülür".

Hamı istəyir ki, evinin qarşısında dayanacaq olsun - Sputnik Azərbaycan
VİDEO
"Hamı istəyir ki, evinin qarşısında dayanacaq olsun"

Nəqliyyat eksperti Azər Allahverənov isə Sputnik Azərbaycan-a şərhində deyib ki, dayanacaq quraşdırılanda mütləq şəkildə yol infrastrukturu və əhalinin sıxlığı nəzərə alınır: "Əhali sıx ola bilər, amma yol imkan vermirsə, üzbəüz yox, bir az uzaq yerdə dayanacaq quraşdırıla bilər".

"Hətta elə yerlər var ki, orada quraşdırılan dayanacaqlar standartlara cavab vermir. Amma Bakı Nəqliyyat Agentliyi yaranandan sonra artıq bu problemləri nəzarətdə saxlayır və dəyişikliklər edir. Bu dayanacağın da ləğv edilməsi standartlara cavab verməməsi ilə əlaqəli ola bilər" — Allahverənov bildirib.

Ekspert onu da diqqətə çatdırıb ki, şikayətçi olan insanlar birləşərək məktub vasitəsi ilə BNA-ya müraciət edə və məsələni yenidən gündəmə gətirərlərsə, orada dayanacaq problemi həll edilə bilər.

Xəbər lenti
0