CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki sərkərdənin uyuduğu türbə: əhali oranı ziyarət etməyə qorxurdu

© Sputnik / Rahim MuradovÇəpni türbəsi
Çəpni türbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Çəpnilər daha əvvəl Ağqoyunlu Uzun Həsənin ordusunda vuruşsalar da, sonradan Səfəvi ordusunun tərkibinə keçiblər

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 12 fev — Sputnik. 1029-1105-ci illərdə yaşayan görkəmli türk mütəfəkkiri Mahmud Qaşqarlının “Divan”ında yazılan məlumata əsasən, 22 türk boyu arasında 21-ci boy "Çəpnilər" adlanır. Fəzlullah Rəşidəddin isə bildirir ki, Çəpni iç oğuz nəslindən olub, Göy xanın adı İrkil Xoca tərəfindən verilən və damğası Ağ Sunqur quşu olan 4-cü oğludur. Bu tayfa xarakter etibarı ilə düşmənlə qətiyyətli vuruşan kimi təsvir olunur. Çəpnilərin Azərbaycan ərazilərinə Orta Asiyadan Səlcuq türklərinin tərkibində gəldiyi və Xarəzmşah Cəlaləddinin 1221-1231-ci il hərbi yürüşlərində fəal iştirakı bəzi qaynaqlarda da öz əksini tapıb.

700 ilə yaxın yaşı olan Bərdə türbəsinin bərpası başa çatmaq üzrədir - Sputnik Azərbaycan
VİDEO
700 ilə yaxın yaşı olan Bərdə türbəsinin bərpası başa çatmaq üzrədir

Çəpnilər öz izlərini Kəlbəcər rayonunda da qoyublar. Orada bir kəndin adı Çəplidir. Bundan əlavə Çəpni etoniminin izləri müxtəlif fonetik görüntülərdə Azərbaycanın bir çox bölgələrində görünüb saxlana bilib: Çabanı-Şamaxı, Çəpni-Göyçay, Çepni-Quba qəzasının Şabran mahlında, Çəpli-Kəlbəcər və Kürdəmir rayonunun əsas 3 hissədən ibarət olan Karrar kəndi: Karrar, Çəpni və Mollalar. Başqa tarixi məlumatlara əsasən, “Çəpni” tayfaları dalaşqan, işləri çəp gələn və ya çəpləşən olduğu üçün belə adlandırılıblar. 

Adları məlum olmayan Astara Çəpniləri

Bir vaxtlar Astaranın Pütəsər mahalında Şah İsmayıl Xətai öz ordusu ilə bir yerdə düşərgə qurub qışı keçirmək qərarına gəlib. Məhz o vaxt Səfəvi ordusunun tərkibində olan Çəpnilər Astaranın Şiyəkəran kəndi ərazisində olublar. 

© Sputnik / Rahim Muradov“Çəpinə” və ya “Çəpni” türbəsinin Səfəvi ordusunda vuruşan müridlərlə əlaqəsi var
“Çəpinə” və ya “Çəpni” türbəsinin Səfəvi ordusunda vuruşan müridlərlə əlaqəsi var - Sputnik Azərbaycan
1/4
“Çəpinə” və ya “Çəpni” türbəsinin Səfəvi ordusunda vuruşan müridlərlə əlaqəsi var
© Sputnik / Rahim MuradovSərkərdələrdən birinə aid olan qəbr
Sərkərdələrdən birinə aid olan qəbr - Sputnik Azərbaycan
2/4
Sərkərdələrdən birinə aid olan qəbr
© Sputnik / Rahim MuradovÇəpni türbəsinin söykəndiyi ağac
Çəpni türbəsinin söykəndiyi ağac - Sputnik Azərbaycan
3/4
Çəpni türbəsinin söykəndiyi ağac
© Sputnik / Rahim MuradovBurada ələvi Çəpni sülaləsinin iki sərkədəsinin dəfn olunduğu ehtimal olunur
Burada ələvi Çəpni sülaləsinin iki sərkədəsinin dəfn olunduğu ehtimal olunur - Sputnik Azərbaycan
4/4
Burada ələvi Çəpni sülaləsinin iki sərkədəsinin dəfn olunduğu ehtimal olunur
1/4
“Çəpinə” və ya “Çəpni” türbəsinin Səfəvi ordusunda vuruşan müridlərlə əlaqəsi var
2/4
Sərkərdələrdən birinə aid olan qəbr
3/4
Çəpni türbəsinin söykəndiyi ağac
4/4
Burada ələvi Çəpni sülaləsinin iki sərkədəsinin dəfn olunduğu ehtimal olunur

Çəpnilərin daha əvvəl Ərzincanda qalaları olub, onların bir bölüyü əvvəllər Ağqoyunlu Uzun Həsənin ordusunda vuruşub. Daha sonra isə onlar Səfəvi ordusunun tərkibinə keçiblər və burada ordu quruculuğunda iştirak ediblər. Astaranın Şiyəkəran kəndi ərazisində olan qəbiristanlıqda təqribən XVI əsrə aid edilən türbə var. Bu türbədə dəfn olunanların isə adları məlum deyil. 

Həzrəti İsaya aid olduğu iddia olunan məzar - Sputnik Azərbaycan
İki milyard insan bu qəbirdən nə çıxacağını gözləyirdi və...

Kənd sakini Yunus Qulamovun bildirdiyinə əsasən, “Çəpinə” və ya “Çəpni” türbəsinin Səfəvi ordusunda vuruşan müridlərlə əlaqəsi var: “Bu türbədə Səfəvilər dövründə Qızılbaşların tərəfində vuruşan Türkiyənin Qaradəniz sahildən olan Ələvi Çəpni sülaləsinin iki sərkədəsinin dəfn olunduğu ehtimal olunur. Buna görə kənddə bura Çəpni türbəsi deyilir. Türbə salınan vaxt kvadrat formalı kərpiclərdən kiçik bina olub. Sonra isə türbənin içərisindən palıd ağacı bitməyə başlayıb və binanın dağılmasına səbəb olub. Türbənin içərisində əvvəllər iki hissədən ibarət yazılı kitabə olub. Deyilənlərə görə bu kitabələrdən biri hansısa muzeyə aparılıb. Hazırda türbədə olan ikinci yazılı kitabədə isə əski əlifba ilə müqəddəs Quran ayələrindən biri yazılıb. Bildiyimiz kimi sovet vaxtı din qadağan edilmişdi. 50-ci illərdə bir çox məscidlər ya kitabxanalara, ya da anbarlara çevrilmişdi. Yerli əhali ziyarətgahı aşkar şəkildə ziyarət etməkdən çəkinərdi. Məhz bu səbəbdən türbənin əsl adını üzə çıxarmaq heç kimin ağlına gəlməyib. Sovet hökuməti dağılandan sonra kəndimizdən olan Çıraq adlı şəxsin türbənin təmir olunmasında və onun qorunub saxlanmasında böyük zəhməti olub. Ona görə də türbədə göstərdiyi xidmətlərə görə xalq arasında "Çıraği Çəpni Tıbə", yəni "Çırağın Çəpni türbəsi" adlandırılıb”.

Qeyd edək ki, sözü gedən palıd ağacı hələ də türbənin arxa tərəfindədir. Ağacın diametri təxminən 4-5 metrə yaxındır, hündürlüyü isə təxminən 20-25 metr olar.

Xəbər lenti
0