BAKI, 28 noy — Sputnik. Həzrəti İsaya aid olduğu iddia olunan məzarın üzərindəki mərmər lövhələr 1555-ci ildən bəri ilk dəfə qaldırılıb. Sputnik milliyet-ə istinadla xəbər verir ki, arxeoloqlar qalıqlar üzərində yoxlamalar aparacaqlar.
Orijinal qaya oymasından olan məzara toxunulmadığı və qəbirin əsrlərdir möhürlü olduğu bildirilir. Hazırda aparılan araşdırmaların məqsədi — Hz. İsanın tam olaraq harada və nə şəkildə dəfn edildiyini ortaya çıxarmaqdır.
"National Geographic"ə danışan arxeoloq Dan Bahar deyib: "Müqəddəs Məzar Kilsəsinin Hz. İsanın basdırıldığı yer olduğu mövzusunda qəti əmin olmaya bilərik. Lakin başqa bir yerdə basdırılmış olduğuna dair bunun qədər güclü ikinci iddia yoxdur".