Azərbaycan mədəniyyətinin nadir memarlıq nümunələrindən olan Bərdə türbəsi 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndəsi Əhməd ibn Əyyub Hafiz tərəfindən inşa olunub.
Türbə Bərdə şəhərinin mərkəzində, eramızdan əvvəl inşa olunan torpaqqala adlı müdafiə qurğusunun içərisində yerləşir. Türbənin üzərində qırmızı kərpic və kaşılardan istifadə olunaraq 200 dəfədən çox Allah sözü yazılıb və bu sözü bütün istiqamətlərdən oxumaq mümkündür.
Bərpa işlərinin gələn ilin ortalarına qədər başa çatması planlaşdırılır. Abidə ilə yanaşı onun ətrafında da abadlıq işləri aparılacaq və Türbə turizm marşrutuna salınacaq.