Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Telman İsmayılov: "Hələ də azərbaycanca düşünürəm"

© Photo : APAAzərbaycanlı iş adamı Telman İsmayılov
Azərbaycanlı iş adamı Telman İsmayılov - Sputnik Azərbaycan
Abunə olmaq
Telman İsmayılov bir zamanlar müxtəlif biznes növləri ilə məşğul olan və 30-dan çox şirkəti birləşdirən “AST” holdinqin artıq mövcud olmadığını bildirib

BAKI, 7 fev — Sputnik. Azərbaycanlı iş adamı Telman İsmayılov APA-ya müsahibə verib. O, müsahibəsində öz biznesinin hazırkı durumuna, həmçinin ictimaiyyəti onunla bağlı maraqlandıran bir sıra suallara cavab verib. 

İsmayılov bir zamanlar otel, restoran, icarə, ticarət və digər müxtəlif biznes növləri ilə məşğul olan və 30-dan çox şirkəti birləşdirən böyük “AST” holdinqin artıq mövcud olmadığını bildirib. O, "AST" şirkətlər qrupunun fəaliyyətini dayandırması səbəblərinə aydınlıq gətirərkən qeyd edib ki, öz biznesini kreditlər cəlb etməklə yaradıb. Əsas aktivləri olan Moskvadakı üç böyük binanı — "Praqa" restoranını, "İzmaylovo"da ticarət mərkəzini və "Krasnaya Presnya" adlanan ərazidəki ticarət-ofis mərkəzini girov qoymaqla kredit alıb. Amma bir neçə ildir ki, kredit verən bank bu obyektləri onun əlindən almaq istəyir. Kreditlərlə bağlı yaranmış problem həllini tapana qədər Rusiyada biznesini tamamilə dayandırıb. 

Предприниматель Тельман Исмаилов. Архивное фото - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Ali Məhkəməsi Telman İsmayılovu müflis saymır

Onun sözlərinə görə, aktivlərini girov qoymaqla "Bank Moskva"dan kredit alıb. Ona məxsus "Çerkizov" bazarı bağlandıqdan sonra "Bank Moskva"ya krediti qaytarmaq və faizləri ödəmək çətin olub. 

İsmayılov deyib ki, bu banka 50 milyon dollar əsas borc və 70 milyon dollar faiz ödəyib. Üç binanın girovluqdan azad edilməsi üçün bu bankla konstruktiv danışıqlar apardığı bir vaxtda, "Bank Moskva"nın özündə problemlər başlayıb və onun bütün aktivləri "Bank VTB"-yə verilib. "Bank VTB" isə biznesmenin üç binasını əlindən almağa üstünlük verib və kredit borcunu tam həcmdə ödəməyi tələb edib.

İsmayılov hazırda "Bank VTB"-nin güc yolu ilə daşınmaz obyektlərini zəbt etməsinə qarşı məhkəmədə mübarizə apardıqlarını deyib. 

"Bank VTB"-nin zəbt etdiyi daşınmaz obyektlərindən biri Kremldən 300 kvadratmetr uzaqlıqda yerləşən Moskvada məşhur olan "Praqa" restoranıdır. Sahəsi 10 min kvadratmetrdir. Bu bina daim kiminsə hədəfindən olub. Bir zamanlar “Praqa” restoranına 500 milyon dollar təklif edirdilər. Hətta ərəb ölkələrindən biri orada öz səfirliyini yerləşdirmək istəyirdi” – deyə biznesmen bildirib. 

Mardan Palace hoteli - Sputnik Azərbaycan
Telman İsmayılovun məşhur hotelində "bunt" qalxıb

"Çerkizov" bazarının taleyindən danışan İsmayılov orada çoxlu azərbaycanlının işləyərək pul qazandığını xatırladıb. Antalyadakı "Mardan Palace" otelinə gəlincə, onu “arzularımın mücəssəməsi” adlandırıb. 

“Hazırda "Mardan Palace" mənim olmasa da, amma o mənim arzularımın mücəssəməsi olaraq qalacaq və hamı biləcək ki, bu oteli mən inşa etmişəm. Bu otel mübaliğəsiz Türkiyənin ən gözəl otellərindən biridir” – deyən İsmayılov müflis olması barədə fikirlərlə razılaşmır:  

“Hazırda borclarımın restrukturizasiyası prosesi gedir. Borclarımın ödənilməsi üçün bütün mümkün tədbirləri görmək niyyətindəyəm. Yeni səhifə açaraq yeni biznesə başlamağı planlaşdırıram” – deyən biznesmen vaxtilə analoji problemlə hazırda ABŞ-ın prezidenti olan Donald Trampın da üzləşdiyini xatırladıb. O, Trampın evində qonaq olduğunu, uşaqlarının hazırda onun uşaqları ilə dostluq etdiyini, bir-birilərinə qonaq gəlib-getdiyini deyib. 

İsmayılov yeni şirkətlər açmağa, yeni layihələr yaratmağa, bizneslə məşğul olmağa vərdiş etdiyini, bunun üçün ilk növbədə pul lazım gəldiyini deyib. O, əvvəlcə kreditorlarla problemləri həll edəcəyini, sonra isə yeni biznesə başlayacağını bəyan edib. 

Президент группы АСТ Тельман Исмаилов - Sputnik Azərbaycan
RUSİYA
Telman İsmayılov rəsmən müflis elan olundu

O, ABŞ kəşfiyyat orqanlarının və "Mossad"ın agenti olması barədə issiaları da təkzib edərək sadəcə biznesmen olduğunu deyib. 

Azərbaycanı birinci vətəni sayan biznesmen Rusiya vətəndaşı olmasına baxmayaraq hələ də azərbaycanca düşündüyünü, ölkəmizi çox sevdiyini bildirib. O həmçinin qeyd edib ki, Rusiyanı da sevir və onunla bağlı həyatında heç nəyi dəyişmək fikri yoxdur.

“Harada yaşamalarından asılı olmayaraq, azərbaycanlılar birləşməli və bir-birlərinə dəstək olmalıdırlar” – deyən biznesmenin fikrincə, azərbaycanlılar bir liderin ətrafında birləşməli, ona bütün işlərində dəstək olmalıdırlar. 

“Azərbaycan prezidenti İlham Əliyevə qarşı çıxan istənilən şəxsi mənə qarşı çıxmış hesab edirəm. Mən tez-tez Azərbaycanda oluram. Azərbaycanın dəyişdiyini və inkişaf etdiyini görürəm. Azərbaycana çoxlu turist axını başlayıb. Hesab edirəm ki, Bakı turizm baxımından gözəl perspektivli şəhərdir. Bura daha çox turistlər gəlməlidir və inanıram ki, belə də olacaq. Bu dəyişikliklər məni özünə cəlb edir. Dayanmaq olmaz və Azərbaycanın indiki lideri bunu anlayır, bunun üçün əlindən gələni edir” – İsmayılov deyib. 

O, "Bakılı oğlanlar" ŞHK-nın davamçısı olan "Planet parni iz Baku"nun Azərbaycan telekanallarında efirə buraxmamasını bağışlanmaz səhv adlandırılb: "Planet parni iz Baku" komandası Rusiya telekanallarında yayımlanan "Uralskiye pelmeni" və "Comedy Club" verilişlərinə layiqli rəqib ola bilərlər. Bu gün mətbuatda Azərbaycan mədəniyyəti kifayət qədər təbliğ olunmur". 

Telman İsmayılov - Sputnik Azərbaycan
Telman İsmayılova növbəti zərbə

Biznesmen deyib ki, heç vaxt dostlarını varlılara və kasıblara bölməyib. Moskvanın sabiq meri Yuri Lujkovla dostluq münasibətlərini qoruduğunu deyib. 

Telman İsmayılov dünya şöhrətli müğənnilərlə münasibətləri barədə yayılan söhbətlərə də aydınlıq gətirib. O qeyd edib ki, ulduzların çoxu ilə dostdur və onun tədbirlərində təmənnasız çıxış edirlər. O, Nikolay Baskov, Filipp Kirkorov və digər müğənnilərlə isti münasibətlərinin indi də davam etdiyini deyib. 

Azərbaycanlı müğənnilərə gəlincə, biznesmen Sara Qədimovanın lent yazılarını dinlədiyini, Zeynəb Xanlarova və Akif İslamzadənin ifalarını çox bəyəndiyini deyib. Eyyub Yaqubov, Xəyyam Nisanov, Elton Hüseynəliyev və Abbas Bağırovun ifalarını xoşladığını bildirib. 

Azərbaycanın sovet illərində çəkilmiş filmlərinə indi də baxdığını deyib. 

Biznesmen məşhur müğənni Avraam Russoya sui-qəsdin sifarişçisi olduğu barədə mediada gedən yazılara da münasibətini bildirib. “Russonun karyerasının başlanğıcında ona pulla və əlaqələrimlə köməklik etmişəm. Lakin sonradan o, populyarlığının artması səbəbindən mənim köməyimə ehtiyac duymadı və bizim yollarımız ayrılıb” – deyən İsmayılov aktrisa Monika Belluçinin həyat yoldaşı Vensan Kassellə münasibətlərinin korlanmasına səbəb olduğu barədə iddialara da aydınlıq gətirib: “Mənim adım tez-tez bir çox tanınmış şou-biznes nümayəndələri ilə birlikdə hallanır. Təbii ki, planetin ən gözəl qadınlarından biri ilə romanımın olması barədə yazılar mənə xoşdur. Lakin öz ailəmə yüksək dəyər verirəm və ömrüm boyu bir yerdə yaşadığım həyat yoldaşımı çox sevirəm”.

Biznesmen ailə dəyərlərinini onun üçün hər şeydən yüksək olduğunu bildirib: “Həyat yoldaşım, uşaqlarım və nəvələrim – öz biznesimi onlar üçün qurmuşam. Mənim iki gözəl oğlum və artıq dörd nəvəm var. Bir oğlan nəvəm və üç qız nəvəm var. Onların kiçiyi 3 fevralda doğulub. Oğlum onu həyat yoldaşımın — anasının şərəfinə adlandırmağı qərara alıb. Bu faktlardan görmək olar ki, ailəm necə mehriban və möhkəmdir”. 

Мужчина пересчитывает доллары США, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Tramp azərbaycanlı biznesmenə 2 milyard dollar qazandırdı

O deyib ki, oğullarının şəxsi biznesləri var. Xeyriyyəçiliyinin reklamına isə ehtiyac duymadığını deyib: “Əlbəttə ki, belə bir imkana sahib olanda, konkret insanlara və müəyyən təşkilatlara — teatrlara, kilsələrə, uşaqlara yardım etmişəm. Əgər gələcəkdə Allah mənə yenidən belə bir imkan versə, xeyriyyəçilik edəcəyəm”.

İmkanı olanda “Antalyaspor” futbol klubunu dəstəklədiyini bildirən İsmayılov gələcəkdə imkanı olarsa, Moskva və Azərbaycanda yaxşı idman məktəbi yaratmaq istədiyini dilə gətirib. 

Biznesmen bir tanışının onun memuarlarını yazdığını bildirib: “Mən ondan "Nəhayət, xatirələrin yazılması nə zaman bitəcək" soruşanda o deyir ki, “Sənin ətrafında o qədər hadisələr baş verir ki, tarixi yazmağa davam edirəm”. Odur ki, heç bilmirəm mənimlə bağlı memuar işıq üzü görəcək, ya yox. Amma əsas olan qələmin məhsulu olan memuarlarda yox, yaxınlarımın və dostlarımın qəlbində qalmaqdır”.

Xəbər lenti
0