BAKI, 10 dek — Sputnik. Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılıova məxsus "AST" qrupunun mülkiyyətləri satışa çıxarılıb.
İsmayılovun paytaxt Moskvadakı "Praqa" restoranı, "Tropikano" ticarət-mərkəzi də hərraca qoyulub.
Bundan başqa, şərqi İzmaylovodakı binalar kompleksi də Moskva Bankında kredit üçün girov qoyulub. "VTB" bank rəhbəri Andrey Kostinin Telman İsmayılovun aktivlərinin satışa çıxarılmasına şərh verməkdən imtina edib.
Azərbaycanlı iş adamı bir müddət öncə Moskva vilayəti Arbitraj Məhkəməsinə müflis elan olunması ilə bağlı ərizə ilə müraciət edib.