CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Övladını xəyali qəhrəmanlara qurban verənlər

© pixabay / CounsellingƏlləri ilə qulaqlarını tutmuş uşaq
Əlləri ilə qulaqlarını tutmuş uşaq - Sputnik Azərbaycan
Abunə olmaq
Uşaqlar çox zaman buna etiraz etsələr də, valideynlər məhəl qoymurlar

BAKI, 6 fev — Sputnik. Son zamanlar psixoloji problemi olan uşaqların sayı getdikcə çoxalır. Uşaqların əksəriyyəti müxtəlif səbəblərdən psixoloji travma alır. Valideynlər bilmədən özləri də uşaqlara psixoloji gərginlik yaradırlar.

Antibiotiklər - Sputnik Azərbaycan
Övladlarımızın həyatını necə məhv edirmişik?!

Məsələn, valideyn hansısa bir futbol komandasına fanatlıq edirsə, uşağına da o klubun geyimini geyindirir, övladının fikrini öyrənmədən məcbur futbola aparır, hətta futbol klublarından birinə yazdırır. Və ya ayrı misal olaraq demək olar ki, ana hansısa bir filmə baxır və orada bir qəhrəmandan xoşu gəlir. Uşağının saçını o düzümə salır, uşağı həmin qəhrəmanın geyimlərinə uyğun geyindirir.

Uşaqlar çox zaman buna etiraz etsələr də, valideynlər buna məhəl qoymurlar. "Sən uşaqsan, mən sənin yaxşılığını istəyirəm" deyirlər. Bu da sonradan ağır fəsadlara gətirib çıxarır. Sputnik Azərbaycan-ın əməkdaşı belə hallarla üzləşən uşaqlarda yaranan problemləri və onların həlli yollarını mütəxəssislərdən soruşub.

Uşaq psixoloqu Aidə Nəbiyeva valideynlərin uşaqları bu şəkildə yönəltməsini doğru hesab etmir: "Hər bir uşağın öz həyatı var. Uşaq yönəldilirsə, sonradan özünü dərk edib valideynin onu sadəcə yönəltdiyini anlayanda, onda böyük psixoloji travma yaranır. Burada erkən yaş faktoru da var. Ona görə də, valideynin erkən yaşlarından uşaqları yönləndirməsi doğru deyil. Əksinə, valideynlər uşaqların şəxsi mövqeyinin formalaşmasına diqqət yetirməlidirlər".

Psixoloq belə hallara tez-tez rast gəldiyini qeyd edib: "Məsələn, uşaq idmana getmək istəmir, amma valideyn uşağı məcbur edir ki, mütləq idmanla məşğul olmalısan. Bu da uşaqda özünə qapanma və aqressiya kimi hallara gətirib çıxarır".

Uşaq psixoloqu Aynur Bünyadovanın sözlərinə görə də, şəxsiyyət kimi formalaşdırmaq üçün uşağı sərbəst buraxmaq lazımdır: "Valideyn övladına istiqamət göstərəndə və uşağa öz istəklərini aşılayanda bu da uşaqda problemlər yarada bilir. Uşaq gələcəkdə özünü tanıya bilmir, özünə inamı, güvən hissi azalır. Valideyn çalışmalıdır ki, uşağın istəyinə kömək etsin. Sonradan uşaq gələcəkdə böyük problemlərlə qarşılaşmasın".

Gülən uşaq, arxiv şəkli - Sputnik Azərbaycan
Dünyanın ən xoşbəxt uşaqları niyə Hollandiyadadır?

Psixoloq qeyd edib ki, 6 yaşa kimi uşağın xasiyyəti formalaşır: "Bu yaşa qədər valideyn tərəfindən kifayət qədər sevgi görən uşaq gələcəkdə normal şəxsiyyət kimi formalaşacaq. 10 yaşa kimi uşağa düzgün kömək edilərsə, o zaman uşaqda psixoloji problemlər yaranmaz".

"Hazırda belə problemi olan uşaqlar tez-tez mərkəzə müraciət edirlər. Uşaqlarının əvəzinə valideyn seçim edəndə uşaqda nevrotip xəstəliklər formalaşır. Bir neçə ay öncə bizə bir xəstə müraciət etmişdi. Uşağı valideynlər məcburi musiqiyə qoymuşdu və bunun sayəsində uşaqda ciddi aqressiya yaranmışdı. Çünki, uşaq musiqi alətində çalmaq yox, rəqslə məşğul olmaq istəyirdi. Uşaqla söhbətlərimiz zamanı bunu anladım və sonradan uşaq istədiyi rəqsə yazıldı. Ondan sonra uşaqda olan aqressiya keçdi" — Bünyadova bildirib.

Hüquq Dünyası, Hüquqi Təbliğat İctimai Birliyinin sədri Rafiq Alışov deyib ki, valideynlər uşaqlarına hər hansısa peşəni öyrətmək və sevdirmək üçün öncə uşağın maraqlarını nəzərə almalıdırlar: "Uşağın seçim etməsində çətinlik çəkəndə uşağı psixoloqa aparmaq lazımdır. O zaman psixoloq uşağın maraqlarını suallar vasitəsi ilə öyrənir. Məsələn, mən özüm istəyirdim ki, oğlum güclü olsun, onu karate idman növünə yazdırdım. Amma oğlum 2 ay getdi və marağı olmadığı üçün məşqləri dayandırdı. Amma sonradan saz alətində çalmaq istəyini bildirdi, mən də valideyn olaraq sazı övladım üçün aldım. İndi daha həvəslə saz alətində ifa edir".

Birlik rəhbərinin sözlərinə görə, valideynlərin bəziləri uşaqlar üzərində hökm etməyi sevirlər: "Bu, doğru deyil. Onlar övladına düzgün yol göstərdiyini düşünürlər, amma əksinə uşaqlara psixoloji təzyiq göstərirlər və böyüyəndə azad qərar vermək xüsusiyyətindən övladlarını məhrum edirlər. Bu gün əksər valideynlər mütləq şəkildə maarifləndirilməlidir ki, belə səhvlərə yol verməsinlər".

Xəbər lenti
0