BAKI, 26 yan-Sputnik. BMT-nin Uşaq Fondunun (UNICEF) məlumatına görə, dünyanın ən xoşbəxt uşaqları Hollandiyada yaşayır.
Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, mütəxəssislər bunu uşaqların ailələriylə daha çox vaxt keçirməsinə və məktəbdə imtahan vermələri və tapşırıq ilə bağlı təzyiqin olmaması kimi bir çox faktora bağlayırlar.
"The Happiest Kids in the Word" adlı kitabın müəlliflərindən Michele Hutchinson hollandiyalıların ailə həyatına böyük əhəmiyyət verdiklərini deyir.
Onun sözlərinə görə, uşaqlarla ailənin digər üzvləri arasındakı ünsiyyət çox əhəmiyyətlidir. Bu, ailə üzvlərinin birlikdə yemək yeməsi, bir-biri ilə danışmaları deməkdir. Uşaqların məktəbə getmədən əvvəl ailələriylə birlikdə nahar etmə nisbətinin ən yüksək olduğu ölkə Hollandiyadır. Bu da uşaqların günə yaxşı başlamalarını təmin edir. Uşaqların naharda şokolad yeməsi belə bu vəziyyətdə problem yaratmır.
O, bildirib ki, naharda şokolad yemək sağlam qidalanma ilə ziddiyyət təşkil edir. Ancaq Hollandiya uşaqlarda kökəlmənin ən az olduğu ölkələrdən biridir. Bunu əsasən uşaqların məktəbə velosipedlə getməsi ilə bağlayırlar.
Hutchinsonun fikrincə, Hollandiyada velosipedlər üçün ayrıca yollar olduğuna görə ailələr yolda uşaqlarının başına bir şey gələcəyindən narahat olmurlar. Uşaqlara məktəb həyatının uzun bir dövründə imtahan vermələri ilə bağlı təzyiq göstərilmir.
Amsterdamdakı məktəblərdən birinin direktoru Annelies Van Eijk deyir ki, onlara təzyiq göstərməyəndə uşaqlar məktəbə çox müsbət baxırlar. Məktəbi ömürləri boyunca heç bir şey etmək məcburiyyətində olmadan dadını çıxaracaqları bir yer olaraq görürlər.
UNICEF-in məlumatlarına görə, Hollandiyadakı uşaqların təhsillərinə davam etmə ehtimalları digər ölkədəki yaşıdlarından daha çoxdur.
Amsterdamda məktəb qapılarında uşaqlarını götürməyə gələn çoxlu sayda ata var. Niderland qanunları ataların uşaqları ilə maraqlanması üçün işdən icazə almalarına icazə verir.