CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fransız qadınların gözəllik sirri

© REUTERS / Erik De CastroПобедительница конкурса красоты "Мисс Вселенная"
Победительница конкурса красоты Мисс Вселенная - Sputnik Azərbaycan
Abunə olmaq
Həkim Maykl Kaymes özünün yeni nəşrdən çıxan “Daha yaxşı və uzun həyat” adlı kitabında fransız qadınların gözəllik sirlərini açıqlayıb

BAKI, 6 fev – Sputnik. Fransız qadınları hər zaman formada olmaları və hər yaşda gözəl görünmələri ilə tanınır. Hətta fransız qadınların ömürlərinin daha uzun olduğu da sübut edilib. Hər yaşda gözəl görünüşləri ilə məşhur olan bu ölkə qadınlarının gözəllik sirlərini fransalı həkim Maykl Kaymes özünün yeni nəşrdən çıxan “Daha yaxşı və uzun həyat” adlı kitabında açıqlayıb. Sputnik Azərbycan Türkiyə NTV-nə istinadən qadınların gözəllik sirlərini təqdim edir:

Yavaş və az-az için

Spirt ürəyə zərər verir, dərini və saçları qurudur, ömrü qısaldır. Ona görə, az və asta-asta için. Yəni içkini kiçik qurtumlarla qəbul edin.  Ləzzətin dadını çıxarın, mümkün olduqca ağzınızda bir az gözlədin, sonra udun. Əgər hər axşam içmə vərdişiniz varsa, bir ya da iki gün ara verin. 

Debrali Lorensana - Sputnik Azərbaycan
Gözəl bədən quruluşuna görə işdən qovuldu

Bahalı günəş eynəyindən istifadə edin

Gözlərinizi günəş işığından qorumasanız katarakt, makula degenerasiyası (sarı nöqtənin hasarlanması) kimi problemlərlə üzləşə bilərsəniz. Günəş eynəyi alan zaman, kifayət qədər böyük olmasına (qaşlarınıza qədər) diqqət edin. Çünki böyük eynəklər gözlərin qorunmasını maksimum təmin edir. Doğru linzaları olan eynəkləri alın. Ən yaxşı linzalar polikarbonat, CR-39 plastik və mineral şüşədən hazırlanır. Avropa standartı olan CE damgasına da sahib olması əhəmiyyətlidir. Bundan başqa, eynəyin 3 UV müdafiə kateqoriyasında olması lazımdır.

Sarımsaq yeyin

Fransızlar sarımsağı çox sevirlər. Yüksək antioksidan tərkibi ilə, yaşlanmağı sürətləndirən faktorlara qarşı hüceyrələri qoruyur. Həmçinin kolon və rektal xərçəngi ilə ürək və damar xəstəliklərinin də qarşısını alır. Sarımsaq eyni zamanda döş və prostat xərçəngi riskini də azaldır.

Soyuducunuzu qüsursuz bir şəkildə təmizləyin 

İngilis aktrisası Odri Hepbern 1965-ci ildə - Sputnik Azərbaycan
XX əsr Hollivud gözəlliyinin simvolu

Yaşlandıqca immunitet sistemi zəifləyir. Onu müxtəlif viruslardan və bakteriyalardan qorumaq vacibdir. Soyuducular virus və bakteriyaların meydana gəlməsi üçün uyğun mühitlər hesab edilir. Ona görə, əgər təmiz tutulmasalar kif, listeria, salmonella kimi zərərli mikroorqanizmlər törəyə bilər. Soyuducunu ayda ən az bir dəfə təmizləmək lazımdır. Kimyəvi tozların yerinə sirkə ilə təmizləməlisiniz.

Sinə nahiyənizə yaxşı qulluq edin

Bir çox qadın üzünə, boynuna diqqət edər, amma sinə nahiyəsinə laqeyd yanaşar. Bədənin bu nahiyəsindəki dəriyə qulluq edilməsə boşalar və incələrək kiçilər. Bunun üçün gündəlik proqram tətbiq etmək lazımdır. Sinə nahiyəsi üçün istehsal edilən xüsusi kremləri dairəvi hərəkətlər etdirərək o bölgəyə çəkin, nəmləndirin. Gündə sadəcə 5 dəqiqə bunu etsəniz kifayətdir. Yaz və yay aylarında sinə nahiyənizə günəşdən müdafiə kremləri sürtməyi unutmayın. Ətiri paltarlarınıza sürün. Çünki spirt dərini qurudur və sizin bütün nəmləndirmə çabalarınızı yox edər. 

Stefani Del Valle - Sputnik Azərbaycan
O, dünyanın ən gözəl qadını seçildi

Yemək tərzinizi dəyişin

Yemək yeyərkən özünüzü xoşbəxt hiss edəcək tərz yaradın. Masa qurun, sakit və xoşbəxt bir şəkildə yeyin. Televiziya qarşısında yeməyin. Mədənin beyinə toxluq siqnalı göndərməsi 20 dəqiqə çəkir. Ona görə çalışın asta yeyin. Toxluq hiss edən kimi masadan qalxın. 

Fransız məşq tərzini öyrənin

Sümük əriməsinin qarşısını almaq üçün su içində məşq edin. Su aerobikası və su altı velosiped çevirmə idmanı, ən yaxşı məşq növləridir. Bədəniniz suyun altında ikən nəbziniz yavaşlayar və daha məcburedici məşq edə bilərsiniz. Həmçinin, su bütün bədəni masaj edər.

Xəbər lenti
0