XX əsr Hollivud gözəlliyinin simvolu

© AFP 2024 / ARCHIVEİngilis aktrisası Odri Hepbern 1965-ci ildə
İngilis aktrisası Odri Hepbern 1965-ci ildə - Sputnik Azərbaycan
Abunə olmaq
“Roma tətilləri” filmindən şahzadə Anna kimi tanıdığımız Odri Hepbern 87 il əvvvəl anadan olub.

BAKI, 4 may — Sputnik. 1929-cu il mayın 4-də ingilis aktrisası Odri Hepbern (Odri Ketlin Raston, 1929-1993) anadan olub. Çəkildiyi məşhur filmlər: “Roma tətilləri” (şahzadə Anna) «Hərb və sülh» (Nataşa Rostova) və s. 

Hepbern Brüsseldə anadan olub. 1948-ci ildə isə Londona köçüb. Öncə Avropa filmlərində çəkilib. Yaxşı oyunu ilə Hollivudun diqqətini cəlb edib. 

Odri Hepbern 1954-cü ildə "Roma tətilləri" filmindəki şahzadə Anna roluna görə "Ən yaxşı qadın rolu" nominasiyasında "Oskar" mükafatını alır və daha 4 dəfə bu mükafatın nominantı olur.

Hepbern dövrünün ən çox qazanan kinoaktrisalarından olub və Qreqori Pek, Reks Harrison, Keri Qrant, Henri Fonda, Qeri Kuper, Uilyam Holden, Fred Aster, Piter O’Tul və Albert Finni kimi məşhurlarla tərəf müqabili olub. 

Odri Hepbern Amerika kinosunun möhtəşəm aktrisaları sırasında üçüncü yerdədir.

Xəbər lenti
0