Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Etnomusiqi altında trans vəziyyətə düşüb fırçasız rəsm çəkən istedad

© Photo : ISOphotosÜlviyyə Musayeva
Ülviyyə Musayeva - Sputnik Azərbaycan
Abunə olmaq
Ülviyyə Musayeva: "Azərbaycan rəssamları sağlam rəqabət aparmağı xoşlamırlar – həmkarlarının populyarlığını görən kimi onun arxasınca müxtəlif pis şeylər danışmağa başlayırlar"

BAKI, 26 yan — Sputnik. Qaydaya görə, öz həyatlarını rəsmlərə həsr etmiş insanların adi adamlarda olmayan xüsusi fantaziyaları olur. Və onlar bu fantaziyalarını ən qəribə şəkildə kətanın üzərində həkk edirlər. Bunu məşhur istedadlı rəssam Ülviyyə Musayevanın əsərlərində görmək mümkündür. 

O, özünün sevimli işi, rəsmləri və planları barədə Sputnik Azərbaycan-a müsahibəsində danışıb. 

© Photo : Orkhan FuladiRəssam Ülviyyə Musayeva: Mənim ilhama ehtiyacım yoxdur.
Rəssam Ülviyyə Musayeva: Mənim ilhama ehtiyacım yoxdur.  - Sputnik Azərbaycan
Rəssam Ülviyyə Musayeva: Mənim ilhama ehtiyacım yoxdur.

- Ülviyyə, siz nə vaxt özünüzdə rəssam olmağa tələbat hiss etdiniz?

— Bu yol çətin və uzun olub, çox stresslərdən keçib. Amma mən şikayətlənmirəm, çünki bu, mənə cəsarətli və daha təmkinli olmağa kömək edib. Mənə həyat yoldaşım, hər zaman yanımda olan dostum dəstək verib. Mən 4,5 il əvvəl çəkməyə başlamışam. Mənim istedadımı ilk dəfə çəkdiyim rəsmləri görən həyat yoldaşım kəşf edib. O deyib ki, mən ilk sərgimi təşkil etməliyəm. Eyni zamanda məni rəssam olan qayınatam da dəstəkləyib. 

© Photo : ÜLVİYYƏ MUSAYEVANIN ŞƏXSİ ARXİVİGənc rəssam: İstedadımı ilk dəfə çəkdiyim rəsmləri görən həyat yoldaşım kəşf edib.
Gənc rəssam: İstedadımı ilk dəfə çəkdiyim rəsmləri görən həyat yoldaşım kəşf edib. - Sputnik Azərbaycan
Gənc rəssam: İstedadımı ilk dəfə çəkdiyim rəsmləri görən həyat yoldaşım kəşf edib.

— Sizin unikallığınız ondan ibarətdir ki, Azərbaycanda barmaqla rəsm çəkən yeganə rəssamsız…

— Başqa bir rəssam da var. Amma o, neftlə çəkir, mən isə yağlı boya ilə. Məncə bu tam təsadüfdür. Mən uzun müddət xəstə olmuşam və həmişə yuxuda görürdüm ki, uzun paltardayam və öz qanımla divarlara çiçəklər çəkirəm və sonra onlar canlanırlar. Mən çox qorxmuşdum və oyanandan sonra heç cür özümə gələ bilmirdim. Bundan sonra mənə məsləhət gördülər ki, kətan, fırça və boya alım. Şəkil çəkmək üçün fırçanı götürdüm, amma məndə heç nə alınmadı, hətta acığımdan fırçanı qırdım. Mən qəzəbləndim və barmaqlarımla boya və kətan arasında qeyri-adi əlaqə hiss etdim. 

 Sizin rəsmlərinizin ideyaları necə yaranır? 

— Mən əvvəldən nə çəkəcəyimi fikirləşmirəm. Mənim tez-tez rəssamlara lazım olan ilhama ehtiyacım yoxdur. Çəkməyə başlamamışdan əvvəl mən musiqini işə salıram, onun təsiri altında başqa aləmə düşürəm.  

© Photo : ÜLVİYYƏ MUSAYEVANIN ŞƏXSİ ARXİVİİstedadlı rəssam fırçadan istifadə etmir, barmaqları ilə əsl möcüzələr yaradır.
İstedadlı rəssam fırçadan istifadə etmir, barmaqları ilə əsl möcüzələr yaradır. - Sputnik Azərbaycan
İstedadlı rəssam fırçadan istifadə etmir, barmaqları ilə əsl möcüzələr yaradır.

 Siz məhz hansı musiqiyə qulaq asırsınız? 

İpək üstündə Quran - Sputnik Azərbaycan
Azərbaycanlı rəssam ipəkdən olan ilk "Qurani-Kərim" hazırlayıb

— Etnik musiqiyə. Əsasən hind, qədim slavyan və s. İşə başlayanda Allaha dua edirəm ki, mənə mənfi enerjinin nüfuz etməsinə imkan verməsin. Musiqiçilərin dediyi kimi, müsbət notlara köklənirəm. Sonra transa düşərək nə isə çəkməyə başlayıram. Şəkil çəkəndə mənə güclü informasiya axını gəlir. Ona görə də, mən bir gündə bir neçə rəsm çəkə bilirəm. Mən bu məqamda özümü idarə edə bilmirəm. Elə işlər də var ki, onları 2-3 günə çəkirəm, çünki özümü heç cür işə kökləyə bilmirəm. 

 Əgər siz transda olanda kimsə sizə mane olursa, işiniz yarımçıq qalır? 

— Əgər həmin anda kimsə mənə mane olursa, narahat oluram. Çünki sonra mənə o işə köklənmək çətin olur. 

 Deyirlər ki, siz rəsmlərinizin çoxunun süjetini yuxuda görürsünüz. Bu, necə baş verir? 

— Bəli. Mən ilk işlərimdə əsasən qızları çəkirdim. Bundan sonra pəriləri çəkməyə başladım. Mən onları çəkməzdən əvvəl yuxuda görürəm. Süjet yaddaşımda qalır və nə vaxt ki, işə başlayıram, özüm də bilmədən yuxuda gördüyümü çəkirəm. 

© Photo : ÜLVİYYƏ MUSAYEVANIN ŞƏXSİ ARXİVİÜlviyyə Musayevanın "Tanrı məhəbbəti" adlı əsəri.
Ülviyyə Musayevanın Tanrı məhəbbəti adlı əsəri. - Sputnik Azərbaycan
Ülviyyə Musayevanın "Tanrı məhəbbəti" adlı əsəri.

 Bəs sizin işlərinizin şans, uğur gətirdiyi barədə deyilənlər doğrudur? 

— Əvvəllər bunu hiss etmirdim. Sonra mənə müştərilərim tərəfindən mesajlar gəlməyə başladı. Onlar təşəkkür edirdilər və bildirirdilər ki, rəsmlərim onların həyatını yaxşı istiqamətə dəyişib. Əvvəlcə düşünürdüm ki, yəqin bu təsadüfdür. Sonra onlar dayanmadan gəlməyə başladı və mən özüm də buna inanmağa başladım. Bu məni çox sevindirir ki, rəsmlərim kiməsə kömək edir. O insanlar arasında çoxlu yerli ulduzlar da var, amma onlar sadəcə bunu reklam etmək istəmirlər. Misal üçün, “Səs Azərbaycan” musiqi layihəsinin qalibi Emiliya Yaqubova. 

Rəssam Vüqar Muradov - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı rəssamın 7 min dollara satdığı əsər Yaponiyada "partlayış" etdi

 Bəs rəsmləriniz sizə necə kömək edir? 

— Əgər onları çəkirəmsə, bu özü mənim üçün uğurdur. Elə hiss edirəm ki, sanki mən bu iş üçün doğulmuşam. Məndə həmişə belə bir hiss var ki, nəyi verirəmsə, o mənə qayıdır. 

 İndiyə qədər qoruduğunuz rəsminiz var? 

— Bəli, elə işlərim var ki, onları heç vaxt satmaram. Onlar mənim ilk əsərlərimdir. Onlar mənim üçün amulet kimidirlər.  

 Sizin təkcə qeyri-adi rəsmləriniz yox, həm də imiciniz var. Sizi hər dəfə tərzinizi dəyişməyə nə məcbur edir? 

— Mən çəkməyə başlayana qədər, adi imicim var idi. Bu, başqa qızlardan heç nə ilə fərqlənmirdi. Bu sənətə gələndən sonra həm daxilən, həm də zahirən dəyişdim. Özümü başqa cür hiss etməyə başlamışam. 

 Bizim ölkədə rəssamlar arasında rəqabət böyükdür? 

Tahir Salahov - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Bakı neftçilərini dünyaya tanıdan rəssam

— Təəssüf ki, bizim rəssamlar sağlam rəqabət aparmağı sevmirlər. Görəndə ki, sən populyarlaşırsan, sadəcə səninlə əlaqəni kəsirlər və başlayırlar arxanca pis şeylər danışmağa. Amma ustalar arasında mənim Əli Şəmsi, Əli Heydər, Rüfət Əsgərov və başqaları kimi çoxlu dostlarım var ki, onlar məni dəstəkləyirlər. 

 Gələcəyə dair hansı planlarınız var? 

— Bu yaxınlarda Sankt-Peterburqdan qayıtmışam. Orada mənim işlərimdən ibarət performans təqdim edildi. Bunlarla yanaşı rəsmlərimin İngiltərə və Türkiyədə nümayişi planlaşdırılır, amma hələlik onların detallarından danışmaq istəmirəm. 

Xəbər lenti
0