BAKI, 18 avq — Sputnik. Azərbaycanlı rəssam, rəsmləri ilə ölkəmizi dünyada tanıdan Vüqar Muradovun əsəri Yaponiyada yüksək qiymətə satılıb. Rəssamın Sputnik-ə verdiyi məlumata görə, çəkdiyi "Nar" adlı rəsm əsəri Tokioda keçirilən "Tokio İnternational Art Fair" yarmarkasında 50 min dollara satılıb.
Maraqlısı odur ki, V. Muradov özü həmin əsəri 2012-ci ildə 7 min dollara satıbmış.
Xatırladaq ki, hazırda V. Muradovun digər əsərləri Antalyada keçirilən "Expo 2016" rəsm sərgisində nümayiş olunur.