CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı rəssam ipəkdən olan ilk "Qurani-Kərim" hazırlayıb

© Photo : trthaber.comİpək üstündə Quran
İpək üstündə Quran - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə yaşayan həmyerlimiz müqəddəs kitabı 3 il müddətinə hazırlayıb

BAKI, 23 noy — Sputnik. Dünyada ipəkdən olan ilk "Qurani-Kərim"i azərbaycanlı rəssam Tünzalə Məmmədzadə hazırlayıb. Hazırda Türkiyədə yaşayan həmyerlimiz müqəddəs kitabı 3 il müddətinə hazırlayıb.

Masallı rayonunun Ərkivan kəndində yaşayan Hacı Həmidə məxsus “Tarixi Nadir” kitabı - Sputnik Azərbaycan
FOTO
Məşhur "Tarixi Nadir" haqda bilmədiyimiz faktlar – kitabın sahibi danışdı

"Quran-i Kərim" kitabında surələr qara şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazılıb. Ölçüsü 29 x 33 sm-dir. Kitabın hazırlanmasında 50 metr parça, 1500 ml boyadan, üz qabığında dəri materialından istifadə olunub.

Sputnik TRT-yə istinadən xəbər verir ki, rəssam hazırladığı kitabdan danışarkən gördüyü işin çox böyük məsuliyyət tələb etdiyini bildirib: "Rəssamlıq Akademiyasını bitirmişəm və hazırda Mərmərə Universitetində sənət tarixi üzrə doktorantura təhsili alıram. Müəllif hüquqları qorunan rəssamlardanam və əvvəllər də ipək üzərində işləmişəm".

© Photo : trthaber.comTürkiyədə yaşayan həmyerlimiz müqəddəs kitabı 3 il müddətinə hazırlayıb
Türkiyədə yaşayan həmyerlimiz müqəddəs kitabı 3 il müddətinə hazırlayıb - Sputnik Azərbaycan
Türkiyədə yaşayan həmyerlimiz müqəddəs kitabı 3 il müddətinə hazırlayıb

"Bu təklif mənə gələndə əvvəlcə tərəddüd etdim, çünki məsuliyyəti böyük idi. Daha əvvəllər ipəkdən "Qurani-Kərim" hazırlanmadığını öyrəndim. Bu günə qədər müxtəlif materiallar üzərində "Quran" yazılıb. Mən də səhifələrinin hamısı ipəkdən ibarət olan ilk Qurani-Kərimi hazırladım. Çünki ipək "Quran"da adı keçən bir parçadır. 3 il müddətində işlədim və dünyadakı yeganə ipək kitabı hazırladım. Çox şadam ki, bu kitab da "Qurani-Kərim" oldu".

Xəbər lenti
0