CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

20 Yanvar hadisələrinə necə yanaşılmalıdır

© Photo : Oleg LitvinSovet tankı Bakı küçələrində, 1990-cı il 20 yanvar
Sovet tankı Bakı küçələrində, 1990-cı il 20 yanvar - Sputnik Azərbaycan
Abunə olmaq
Tarixçi: "Qılıncının önü də, arxası da kəsən sovet imperiyasına dirəniş göstərilməsi qəhrəmanlıq kimi qəbul edilməlidir"

BAKI, 20 yan — Sputnik. Bu gün 1990-cı il “Qanlı Yanvar” hadisələrindən 27 il keçir. 27 ildir ki, “bu qan yerdə qalmayacaq” deyib, bu hadisələrin özümüzdən sonrakı nəsillərin yaddaşından silinməməsinə çalışırıq. Bu  gün ailələrdə, bağçalarda, məktəblərdə Qarabağ həqiqətləri, 20 Yanvar, Xocalı hadisələri uşaqlara müxtəlif formalarda tədris edilir. Bəs əslində necə olmalıdır?  Vətənpərvərlik ruhu uşaqlara necə aşılanmalıdır? Yaşadığımız faciələr, soyqırımlar uşaqlarımızın yaddaşında necə yer tutmalıdır? 

20 Yanvar şəhidlərinin ailələrinin problemləri necə həll olunur - Sputnik Azərbaycan
VİDEO
20 Yanvar şəhidlərinin ailələrinin problemləri necə həll olunur

Tarixçi Vasif Qafarov hesab edir ki, tarix zaman-zaman təkrarlanır: “1918-ci ildə də Azərbaycan xalqına qarşı belə vəhşilik həyata keçirilmişdi və o dövrdə 12 min adam qətlə yetirilmişdi. Nə 1918-ci ildə, nə də 1990-cı ilin yanvarında xalqa qarşı törədilənlər Azərbaycan xalqının müstəqillik arzusunu boğa bilmədi. 20 Yanvar, Xocalı hadisələri faciə, soyqırımı kimi aşılanır. Belə hadisələr miqyasına görə fərqli olsa da, dünyanın bir çox ölkələrində — Macarıstanda, Çexoslovakiyada, Qazaxıstanda, Gürcüstanda yaşanıb. Amma bu ölkələrin heç biri  bu tarixlərə “ümumxalq hüzn günü” və ya “20 Yanvar faciəsi” kimi yanaşmır. Həmin xalqlar belə hadisələrə özlərinin qəhrəmanlıq salnaməsi, xalqın qəhrəmanlıq eposu kimi yanaşırlar. 20 yanvar tarixi Azərbaycan xalqının yaddaşında insan itkisi kimi qalsa da, həmin hadisə Avropaya, Amerikaya meydan oxuyan, Kubada “Karib böhranı” yaradan, orada raketlər yerləşdirib ABŞ-a tuşlayan, Çexoslovakiyaya, Polşaya, Əfqanıstana müdaxilə edən, belə demək mümkünsə, qılıncının önü də, arxası da kəsən sovet imperiyasına dirəniş göstərilməsi qəhrəmanlıq kimi qəbul edilməlidir”. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib - Sputnik Azərbaycan
CƏMİYYƏT
ƏƏSMN-də 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Tarixçi bildirir ki, Sovet hökuməti zorakılığı sevən dövlət olduğundan, hər işi zorla həll edirdi. “Azərbaycanda milyondan çox insanın meydana çıxıb Sovet İttifaqına qarşı dirəniş nümayiş etdirməsinin özü tarixdə çox böyük hadisədir. Yəni, Sovet hökumətinin tarixində 1990-cı ilə qədər belə hadisə baş verməmişdi” – tarixçi qeyd edir. 

V. Qafarovun sözlərinə görə, dünya tarixçiləri 20 Yanvar hadisələrini Sovet İttifaqının çöküşünün başlanğıcı kimi görür: “Sovet hökuməti baş verən hadisələrin qarşısını ala bilmədi. Azərbaycanda başlayan xalq dirənişi imperiyanı çökdürəcək deyə, xalqı nəyin bahasına olursa olsun geri oturtmalı idi. Buna görə də tanklar şəhərə yeridildi. Azərbaycan xalqı yenə yenilmədi. Baxmayaraq ki, şəhərə bir neçə istiqamətdən tanklar yeridilmiş, dinc əhali öldürülmüşdü, səhər meydanlar yenə insanlarla dolu idi. Çünki artıq ölüm insanlar üçün adiləşmişdi, heç kim ölümdən qorxmurdu. Xalqın, dövlətin müstəqilliyi uğrunda hər kəs özünü meydanlara atırdı. 20 Yanvara qədər sovet hökumətinə qarşı belə hadisə baş verməmişdi”. 

V. Qafarovun fikrincə,  bu hadisə uşaqlara faciə deyil, milli qəhrəmanlıq salnaməsi kimi aşılanmalıdır: “Meydanda 1 milyon insan olduğu halda, müstəqillik uğrunda 100-dən çox itkinin olması böyük rəqəm deyil. Bu itkinin olması üzücüdür. Ancaq xalqın qəhrəmanlıq salnaməsidir. Yəni, artıq matəm havası olmamalıdır, baş verənlər xalqa qürurla təqim edilməli, insanlara belə aşılanmalıdır”. 

Hərbi ekspert Ramil Məmmədli bildirir ki, vətənpərvərlik ailədən və təhsil müəssisəsindən başlayır: “Sonra bu proses insan həyatının digər mərhələlərində, o cümlədən də Silahlı Qüvvələrdə davam etdirilir. Ancaq bünövrə ailə və təhsil müəssisəsidir. Bu dövrdə uşaqlara Azərbaycan xalqının qəhrəmanlıq tarixi elə aşılanmalıdır ki, onlarda ideoloji boşluqlar qalmasın. Məhz xalqımızın qarşılaşdığı faciələrin, soyqırımların özündə belə qəhrəmanlıq nümunələri var. Bu danılmazdır. Yəni şəhidliyimizə ölüm kimi baxmamaq, yanaşma tərzimizi dəyişmək, bunu mübarizə tariximiz olaraq anlatmaq lazımdır”. 

Prezident İlham Əliyev Şəhidlər Xiyabanında - Sputnik Azərbaycan
Azərbaycan Prezidenti Şəhidlər Xiyabanını ziyarət edib

Ekspert hesab edir ki, bu gün qeyd etdiyimiz 20 Yanvarı, eləcə də bir ay sonra anacağımız Xocalı hadisələrini xalqımızın faciəsi kimi deyil, tarixi faktları təhrif etməmək şərtilə dirəniş, savaş günü olaraq uşaqlarımıza anlatmalıyıq. Əgər uşaqlar bu ideologiya ilə yüklənməsələr, qorxu içində böyüyəcək və gələcək varlığımız şübhə altında qalacaq. Bu məsələdə məsuliyyət isə dövlətin üzərinə düşür.

Təhsil Problemləri İnstitutunun Beynəlxalq Əməkdaşlıq və İnformasiya şöbəsinin müdiri Almaz Həsrətin sözlərinə görə, uşaqlara daima vətənpərvərlik hissi aşılanmalıdır: “Bu gün 20 Yanvar günüdür. Bu gün Azərbaycan valideynlərinin 90 faizi 20 Yanvar facisəini gözü ilə görən insanlardır. Bu insanlar gözü ilə gördüklərini, oxuduqlarını uşaqlarına danışmalıdır. Yəni, vətənpərvərlik ilk növbədə ailədən başlayır. İnsan özü vətənpərvər olarsa bunu öv övladlarına aşılaya abilər”.

A. Həsrət deyir ki, tarixdə bir çox hadisələr var ki, biz həmin hadisələrə şahid olmamışıq. O hadisələri uşaqlara aşılayarkən, bəlkə emosionallıq keçirməyə bilərik. Amma Qarabağ həqiqətlərini, 20 Yanvar hadisələrini özümüz yaşadığımız üçün hiss edə-edə uşaqlara başa sala bilərik: “Şəxsən mən həmin dövrdə 11-ci sinif şagirdi idim. Biz də sinif yoldaşlarımızla meydanlarda idik. Xəstəxanaları gəzirdik, atam yaralıları xəstəxanalara daşıyırdı. Heç kim evinə getmirdi, hamı küçələrdə idi. Xəstələrə qulluq edirdik, əlimizdən nə gəlirdisə, onu edirdik. Bunu bizə kimsə tapşırıq verməmişdi. Bu bizim içimizdən gəlirdi. Məncə vətənpərvərlik hissi insanın qanında olur. Allah bizə bir də belə günlər yaşatmasın”. 

20 Yanvar faciəsinin ildönümü - Sputnik Azərbaycan
İNFOQRAFİKA
27 il əvvəl bu gün — Qanlı Yanvar

Orta məktəb müəllimi Bədəl Hüseynli hesab edir ki, uşaqlara vətənpərvərlik hissini aşılamaq üçün ilk növbədə onlara məxsus olanları sevdirmək lazımdır. Çünki uşaqlar dərhal Vətən kimi böyük bir məfhumu anlamaya bilərlər: “Onlara əvvəlcə ata-ana və digər yaxın adamların nə qədər dəyərli oldqlarını aşılamaq lazımdır. Sonra oxuduğu məktəbi, yaşadığı kəndi, şəhəri sevdirmək önəmlidir. Onları qorumaq kimi bir vəzifəmizin olduğunu da deyə bilərik. Bunları aşıladıqdan sonra bütün bunların bir ifadə altında birləşdiyini və bunun Vətən adlandığını zaman-zaman demək lazımdır. Ən yaxşı yol isə bu dəyərlərdən ötrü mübarizə aparan adamları nümunə kimi göstərmək olar. Məsələn, çevrəmizdəki adamların məşğuliyyətinin dəyəri haqqında danışmaq olar. Demək olar ki, müxtəlif peşə sahibləri fəaliyyətləri ilə vətənə xidmət edirlər”. 

Qarabağ müharibəsi veteranı Əlövsət Qasımov – “General Əlibəy” isə hesab edir ki, vətənpərvərlik uşaqlara ailə ilə yanaşı, həm də təhsil ocaqlarında aşılanmalıdır: “Bəzi ailələr var ki, heç valideynlərin bu hadisələr haqqında məlumatı yoxdur. Mən bəzən məktəblərdə görüşlər keçirirəm və görürəm ki, valideynlərin özünün təhsilə, psixoloq yardımına ehtiyacı var. Təhsilsiz valideyin uşağına nə aşılıya bilər? Buna görə də, çox zaman bu məsuliyyət təhsil ocaqlarının üzərinə düşür. Uşaqlara vətənpərvərlik, Qarabağ həqiqətləri məktəblərdə öyrədilməlidir. Qarabağ müharibəsi iştirakçıları ilə görüşlər keçirilməldir. Uşaqlar Qarabağ uğrunda müharibədə iştirak edənləri canlı şəkildə görüb, onların yaşadığı döyüş yolu ilə yaxından tanış olmalıdır”. 

Xəbər lenti
0