Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində 1990-cı ildə baş vermiş faciəvi yanvar hadisələri nəticəsində zərər çəkmiş şəxslərin sosial problemləri müzakirə edilib.
Azərbaycanın Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli qeyd edib ki, 20 Yanvar hadisələrinin əlilləri və müstəqillik uğrunda canlarından keçmiş şəhidlərin ailələrinə qayğı daima dövlətin diqqətindədir.
"Belə ki, məsələn, ötən il aylıq prezident təqaüdünün məbləği 10 faiz artırılıb. Hazırda I qrup əlillər ayda 165, II qrup əlillər 143, III qrup əlillər isə 110 manat alırlar" — Rəhimli bildirib.