CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranskinin qətlində İŞİD izi

© Photo : PUBLIC DOMAINПростреленный автомобиль Ровшана Лянкяранского
Простреленный автомобиль Ровшана Лянкяранского - Sputnik Azərbaycan
Abunə olmaq
Kriminal avtoritet Rövşən Lənkəranskinin İstanbulda fiziki cəhətdən məhv edilməsi üçün sifarişçilər 10 milyon ABŞ dolları ödəyiblər.

BAKI, 7 yan-Sputnik. 2013-cü ilin qışında kriminal aləmdə Rəşad Gəncinski ləqəbi ilə məşhur olan "qanuni oğru" Rəşad Məmməd oğlu İsmayılov öz ətrafına bildirib ki, Rövşən Canıyevin (Lənkəranski) fiziki cəhətdən məhv edilməsində iştirak edir. 

Bu barədə kriminal dairələrə yaxın məlumatlı mənbə, Rövşən Canıyevin (Lənkəranski) qətlinin Rəşad İsmayılovun sifarişi ilə baş tutduğu barədə KİV-də gedən xəbərləri Sputnik-ə şərh edərkən bildirib. 

Qeyd edək ki, Canıyev 18 avqust 2016-cı ildə İstanbuldakı Barbarossa bulvarında qətlə yetirilib. Rövşən Canıyevin (Lənkəranski) qara rəngli "Range Rover"-i işıqforun yaşıl işığının yanmasını gözləyərkən səsboğucusu olan avtomat silahdan açılan atəş nəticəsində naməlum şəxslər tərəfindən öldürülüb. 

Полицейский в Амстердаме, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şeyx Həmzətin aradan götürülməsində Rövşən Lənkəranskinin düşmənləri maraqlı olublar

Rəşad Gəncinskinin (Gəncə sakini İsmayılov Moskvadakı Marşal Çuykov küçəsində qeydiyyatdadır — red.) cinayəti sifariş etmə səbəbi Moskvada Cambulat Şamil oğlu adlı biznesmenin öldürülməsinin əvəzini çıxmasıdır. 

Cambulat Şamil oğlu şüyüd, cəfəri və soğanın topdan və pərakəndə satış bazalarına nəzarət edib. O, 16 mart 2016-cı ildə Slavyan bulvarında öz evinin yanında öldürülüb.  

Biznesmenin ətrafının mülahizəsinə görə, onun ölümündə Rusiyanın göyərti bazarına nəzarət edən Rövşən Lənkəranski də maraqlı olub. İddiaya görə, məhz Lənkəranskinin killerləri Cambulat Şamil oğlunu aradan götürüblər. 

Шейх Хамзат (слева) со своим охранником - Sputnik Azərbaycan
Rövşən Lənkəranskinin ortağını gülləbaran elədilər

Rövşən Canıyevin sabiq klanına yaxın olan məlumatlı mənbə isə əmindir ki, biznesmenin öldürülməsində Lənkəranskinin əli olmayıb. Amma mənbənin sözlərinə görə, Canıyevin aradan götürülməsində nəinki Gəncinskinin, həmçinin kriminal avtoritetlər Elçin İsmayılov (Elçin Piterski) və Nadir Səlifovun (Lotu Quli) da əli ola bilər. 

Xatırladaq ki, bu yaxınlarda Masallı rayonunda Elçin Piterskinin ikinci qardaşı Fariz İsmayılov da öldürülüb. 

Qeyd edək ki, əvvəllər Əfqanıstanda döyüşmüş Elçin Piterski talış separatçılarının lideri, 1990-cı illərin əvvəlində Azərbaycanın cənub regionlarında “Talış-Muğan Müxtar Respublikası” elan edən və hazırda Hollandiyada yaşayan Əlikram Hümbətovun mühafizəsinin rəhbəri olub. 

Bununla yanaşı, Canıyevin qətlinin yeni təfərrüatları ortaya çıxıb. Qonşu Türkiyənin hüquq-mühafizə orqanları şübhəli şəxslərlə bağlı kifayət qədər material yayıb. Amma problem ondadır ki, Türkiyə ərazisində sifarişli qətlin iştirakçılarından heç biri qalmayıb. Onların hamısı cinayəti törətdikdən sonra ölkəni tərk ediblər. 

Rövşən Lənkəranski və Şeyx Hamzat - Sputnik Azərbaycan
HADİSƏ
Rövşən Lənkəranskinin İtaliya sərgüzəştləri kriminal aləmi silkələyəcək

Məlumdur ki, İstanbulun Barbarossa bulvarında quraşdırılmış müşahidə kameralarında  4 killer müəyyən edilib. Qətlin iştirakçıları arasında təkcə azərbaycanlılar deyil, çeçen də var. İlkin məlumatlara görə, həmin çeçen İŞİD beynəlxalq terror təşkilatının yaraqlısıdır. “İslam dininin ideoloji döyüşçüsü”nün (İŞİD üzvləri özlərini belə adlandırırlar) "qanuni oğrunu" öldürməsinə səbəb sadə acgözlük – pul hərisliyi ola bilər. Mənbənin sözlərinə görə, Rövşən Lənkəranskinin fiziki cəhətdən məhvi üçün sifarişçilər bir neçə milyon dollar pul ödəyiblər. Hətta 10 milyon rəqəmi səsləndirilib. 

Р.S. Gənc kriminal avtoritet Rəşad Gəncinskiyə “qanuni oğru” titulunu Ded Xasanın klanı 2013-cü ilin fevralında verib. Onu 16 avqust 2013-cü ildə İstanbulda güllələnərək qətlə yetirilmiş başqa bir kriminal avtoritet Əlibala Həmidovun (Qoca Yasamalski) xahişi ilə taclandırıblar. Baxmayaraq ki, İsmayılova bu “titul” cəmi 3 il əvvəl verilib, o, çoxdan kriminal aləmdə avtoritet adından istifadə edir. Deyilənə görə, hələ 2010-cu ildə Rusiyanın Cəzaların İcrasına Nəzarət Xidməti onu Vladimir vilayətinə cəzasını çəkməyə göndərərkən, Gəncinskinin çiynində ulduz döyməsi olub. Məlumata görə, narkotikdən istifadə ilə əlaqədar İsmayılovun sağ qulağı pis eşidir. 

Xəbər lenti
0