BAKI, 28 dek-Sputnik. Amsterdamda kriminal avtoriteti qətlə yetirməyə cəhd göstərən azərbaycanlı, sən demə Cəlilabad rayonundan imiş.
Oğru dünyasında Şeyx Həmzət adı ilə tanınan 41 yaşlı çeçen qanuni oğru Həmzət Qastəmirovun öldürülməsinə cəhd edilən məşhur sui-qəsdin ilkin araşdırmasının həvəskar detalları üzə çıxıb.
Bu barədə Sputnik-ə Azərbaycanın Niderlanddakı diasporunun kriminal dairələrə yaxın nümayəndəsi bildirib.
Sputnik-in artıq yazdığı kimi, dekabrın 23-də gecə Amsterdam polisi çeçen əsilli "kriminal avtoritet", kriminal aləmdə Şeyx Həmzət adı ilə tanınan Həmzət Qastəmirova silahlı hücum edən iki nəfəri saxlayıb. Saxlanılan şəxslər 30-35 yaşlarında olan azərbaycanlı və çeçendir.
İnsident 23 dekabrda gecə saat 3 radələrində Nieuwland Parc 121 2952 DB Alblasserdam ünvanında yerləşən Staay Food Group Holding topdansatış tərəvəz bazarında baş verib. İki Glok markalı tapança və səsboğucusu olan Kalaşnikov avtomatı ilə silahlanan naməlum şəxslər topdansatış meyvə bazasına TIR sürücüsü qismində daxil olaraq Şeyx Həmzət və onun cangüdənlərinə hücum ediblər. Hücum zamanı "kriminal avtoritet"in əsas cangüdənlərindən biri çiynindən yaralanıb. Mühafizəçilərin operativ fəaliyyəti nəticəsində hücumun icraçıları zərərsizləşdiriliblər. Canilərdən biri ayağından, digəri isə budundan yaralanıb. Bu məqamda hadisə yerinə polis gəlib və hücum edən şəxsləri saxlayaraq polis idarəsinə aparıb.
Bununla yanaşı, istintaqın əldə etdiyi detallar tezliklə qətlin sifarişçisinin izinə düşməyə imkan verəcək. Tədqiqatlar göstərir ki, sui-qəsdin bir hissəsi Şimali Qafqaz ərazisindən “MeqaFon” şanvari operatorunun WhatsApp mobil tətbiqi vasitəsilə koordinasiya edilib. Hücumun ikinci koordinatoru isə Berlin ərazisində olub.
Kamera müşahidələrinin nəticələrini incələyən xüsusi xidmət orqanları müəyyən ediblər ki, sifarişin icraçıları Şeyx Həmzəti 2 ay 4 gün müşahidə ediblər.
Bütün bu müddət ərzində onlar TIR sürücüsü sifətilə bazanın ərazisinə daxil olublar və öz müşahidələrini aparıblar, kriminal avtoritetin hərəkət cədvəlini öyrəniblər. Onlar avtoriteti bu ilin 17 oktyabrından güdməyə başlayıblar.
Killerlər hər dəfə bazaya müxtəlif avtomobillərdə daxil olublar. İcraçılar 6 müxtəlif markalı avtomobillərdən istifadə ediblər.
23 dekabr axşamı sui-qəsdin icraçıları iki maşınla gəliblər. Əvvəlcə 6 icraçı olub, onların 4-ü “qanuni oğru”nun mühafizəsinin yaxşı təşkil olunduğunu görərək BMW markalı avtomobildə gizləniblər. Sonra ortaqlar BMW-ni xüsusi yerdə saxlayıblar və gözəl başa düşüblər ki, maşın müşahidə kameralarının obyektivinə parıltı verərək diqqət çəkir.
Bu gün killerlərin iki avtomobili – Opel və BMW Amsterdam polisinin sərəncamındadır.
Saxlanılan şəxslərə gəlincə, məlum olub ki, Çeçenistanın Urus-Martan rayonundan olan çeçen bud sümüyündən ciddi travma alıb. Basqın zamanı azərbaycanlı killerin də çənə sümüyü qırılıb və o ayağından travma alıb.
Hazırda polis onlarla ortaq olan digər dörd nəfəri axtarır. Hələlik Niderlandın istintaq orqanları cinayətin motivlərini araşdırır. Yaxın günlərdə isə Avropada “kriminal avtoritetlər” Yeni ili qeyd etmək üçün yığışacaqlar. Amma onlar Yeni İl yolkasını deyil, “qanuni oğru” Qastəmirova edilən hücumun ən çox ehtimal olunan variantlarını müzakirə edəcəklər.
Çünki təhlükədə sadəcə çeçen avtoritetin həyatı və təhlükəsizliyi deyil, cinayət dünyasının çoxmilyardlı Avropa xəzinəsidir.
Bir neçə “qanuni oğru” artıq Avropaya gedib.
Bu zaman ərzində kriminal dairələrə yaxın mənbələr həvəskar paralellər aparıblar.
Şeyx Həmzət əleyhinə oxşar tandem 2013-cü ildə Rusiya mafiyasının xaç atası Aslan Usoyanın (yanvarın 16-da öldürülmüş Ded Xasan) qətlindən sonra müşahidə olunub.
O vaxt Zelenoqrad bazarlarının hamısına və Solneçnoqorskdakı bazarların bir hissəsinə silahdaşı Ülfət Tağıyevin (Rufo Gəncinski) vasitəsilə “qanuni oğru” Rövşən Lənkəranski (2016-cı ilin 16 avqustunda İstanbulda öldürülüb) nəzarət edirdi. O isə heç cür “Ded”in mafiyası, o cümlədən Ded Xasanın yaxın qohumu Timur Sverdlovski, Zviad Tbilisski (Ozmanov) və Qoqi Piterski ilə yola gedə bilmirdi.
Canıyev başa düşürdü ki, Zelenoqrad bazarı üzərində nəzarəti itirə bilər və o, öz yaxın adamı Rufo Gəncinskini bundan sonra vəziyyətə nəzarət edəcək Şeyx Həmzəti təqdim etmək üçün azərbaycanlı iş adamlarının yanına göndərdi.
Timur Sverdlovskinin rəhbərlik etdiyi klan və onun tərəfdarları Şeyx Həmzətin gəlişindən sərfəli istifadə etmək qərarına gələrək ona Rufo Gəncinskinin əvəzində müəyyən imtiyazlar təklif ediblər. Rufo Gəncinski həmin vaxt Ded Xasanın ölümündə əsas şübhəli idi. Ded Xasanın adamları Gəncinskini ələ keçirərək ondan xaç atasının qisasını almaq istəyirdilər.
Şeyx Həmzətin Timur Sverdlovski, Zviad Tbilisski və Qoqi Piterski ilə görüşü təşkil olundu. Orada bu şəxslərdən başqa Gilani Əliyev (Gilani Sedo) və Nadir Səlifov (Lotu Quli) də iştirak edirdi. Axırıncı iki nəfər görüşdə telefonla və öz adamları vasitəsilə iştirak ediblər. Görüşdə Şeyx Həmzət bəyan edir ki, dağlıların qeyrət kodeksi ona öz adamları ilə belə alçaqcasına davranmağa imkan vermir və Timur Sverdlovskinin xahişini yerinə yetirməkdən imtina edir.
Lakin elə bununla da Rufo Gəncinskinin “kitabı bağlanır”. Son nəticədə öz yerliləri onu polisə verirlər. Ülfət Tağıyevi isə Danabaş ləqəbli kriminal avtoritet İlqar Cəbrayılovun qətlində günahlandıraraq həbs edirlər.
Çeçenin ətrafı Qastəmirova edilən sui-qəsdi onun kriminal aləmdə sürətlə inkişaf edən nüfuzu ilə əlaqələndirirlər. Çünki o, təkcə postsovet məkanından olan avtoritetlərlə deyil, həm də İtaliyanın, Türkiyənin, Albaniyanın və Amerikanın mafioz klanları ilə dostluq edir. Mənbənin sözlərinə görə, Şeyx Həmzətin fiziki cəhətdən məhv edilməsi ilk növbədə Rövşən Lənkəranskinin düşmənlərini maraqlandırır. Onlar başa düşürlər ki, əgər məsələni indi həll etməsələr, sonra gec olacaq.
Hələ indi Qastəmirovun ətrafı başa düşməyə başlayır ki, nə üçün “qanuni oğru” Əziz Batukayevi Çeçenistana gətiriblər və o niyə kolleqası Zaxari Kalaşovla (Şakro Molodoy) belə nümayişkaranə surətdə ayrılıb. Bu barədə bizim növbəti yazımızda.