Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Hamilə qadınlara xəbərdarlıq: ana ölümlərinin səbəbləri açıqlandı

Abunə olmaq
Qadınların hamilə vaxtı həkim müayinəsindən keçməmək üçün səbəbləri olur

BAKI, 28 dek — Sputnik. Azərbaycanda hamilə qadınlar tez-tez anemiya və sidik yollarının infeksiyası xəstəlikləri ilə üzləşirlər. Bu barədə Sputnik-ə Azərbaycan Səhiyyə Nazirliyinin Mamalıq və Ginekologiya İnstitutunun həkim-ginekoloqu Leyla Məmmədova məlumat verir.

Əhliman Əmiraslanov, Milli Məclisin deputatı - Sputnik Azərbaycan
SƏHİYYƏ
Ölkəmizdə ana və uşaq ölümlərinin sayı azalıb

Onun sözlərinə görə, öz-özlüyündə bu xəstəliklər ölümə səbəb olmur, amma risk faktorunu artırır: "Misal üçün, anemiya, hətta doğuş zamanı qanaxma normal səviyyədə olsa belə, qadının həyatını itirməsinə ciddi səbəb ola bilər".

Ana ölümlərinə gəlincə, həkim deyib ki, bunun adi səbəbləri, adətən prieklampsiya (arterial təzyiqin yüksəlməsi, ödem və mərkəzi sinir sisteminin funksiyasının pozulması ilə xarakterizə olunur), qanaxma və tromboemboliyadır: "Hamiləlik dövründə hipertonik pozğunluqlar əsas patologiyalardan biridir. Biz tez-tez hamilələrdə bu problemə rast gəlirik."

Ginekoloq qeyd edib ki, Azərbaycanda ildən-ilə ana və uşaq ölümlərinə dair göstəricilərdə nəzərəçarpacaq azalma müşahidə olunur: "Misal üçün, 2008-ci ildə hər 100 min diri doğulan uşağa 25,3 ana ölümü faktı düşürdü. Son illərdə isə bu göstərici bir az da aşağı düşüb."

"Sağlam ana və uşaq Azərbaycan hökumətinin və Səhiyyə Nazirliyinin prioritet sahələrindən biridir. Bunun üçün səhiyyənin maddi-texniki baza sistemi yaxşılaşdırılıb. Doğuşa yardım sistemində islahatlar həyata keçirilib və tibb işçilərinin ixtisaslarının artırılması istiqamətində də tədbirlər görülüb. Ana və uşaqların mühafizəsi xidmətinin bütün işçilərinin qarşısında duran qlobal məsələlər ana ölümlərini azaltmaq, yeni doğulanların sağlamlıq keyfiyyətinin yaxşılaşdırılması, xəstəlik və ölümlərin aşağı düşməsidir." — deyə tibb işçisi bildirib.

Hamilə qadının müayinə edilməsi. Arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Hamilə qadınlar buna qarşı mütləq müayinədən keçəcəklər

Bununla yanaşı, Məmmədova qeyd edib ki, bu gün iri şəhərlərdə hamilə qadınların vaxtında qeydiyyata düşməsi problemi yoxdur: "Belə arzuolunmaz faktlara, əsasən bəzi kəndlərdə rast gəlinir. Lakin qadınların hamiləlik zamanı həkimlər tərəfindən müayinə edilməyə getməmələrinin bir çox səbəbləri də var. Əksər hallarda qadınların öz reproduktiv sağlamlıqlarına laqeyd yanaşması, sadəcə onların hamiləliyin mümkün mənfi təsirləri haqqında məlumatsız olmalarından irəli gəlir."

"Bəzən hamilə qadının ailəsi hesab edir ki, onu doğuşa qədər həkim müşahidəsinə aparmağa ehtiyac yoxdur. Bəzənsə qadınlar müəyyən vaxta qədər hamiləliklərini gizlətməyə çalışırlar və buna görə də həkimə getmirlər. Lakin hamiləliyin erkən vaxtlarda diaqnostikası bir sıra xoşagəlməz nəticələrdən qaçmağa kömək edir." — həkim vurğulayıb.

Onun sözlərinə görə, doğuşaqədərki dövrdə və xüsusilə hamiləliyin ilk 12 ayı ərzində bütün qadınlar mütləq ultrasəs müayinəsindən keçməlidirlər: "Bu müddət ərzində dölün inkişafında yaranan patologiyaların qarşısını almaq və zəruri olduqda qadının razılığı ilə hamiləliyi dayandırmaq mümkündür. Dölün həyat qabiliyyətli olmamasına səbəb olan patologiyalar aşkarlandıqda, hamiləliyi onun istənilən həftəsində başa çatdırmaq mümkündür. Bəzən elə hallar olur ki, ana heç nəyə, eləcə də bətnində uşağın inkişafında anormallığın olmasına baxmayaraq, onu doğmaqda israr edir."

"Antenatal (doğuşaqədərki) xidmət, qadının hamiləlik dövründə müayinə olunması, bir çox xoşagəlməz halların qarşısının alınmasına kömək edir. Amma hamiləliyə hazırlıq dövründə gələcəkdə ana və uşaq ölümlərinə səbəb olacaq bir sıra xəstəliklərin qarşısını almaq lazımdır." — deyə ginekoloq bildirib.

Xəbər lenti
0