Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ölkəmizdə ana və uşaq ölümlərinin sayı azalıb

© Photo : APAƏhliman Əmiraslanov, Milli Məclisin deputatı
Əhliman Əmiraslanov, Milli Məclisin deputatı - Sputnik Azərbaycan
Abunə olmaq
Əhliman Əmiraslanov: "Bəzən ana və uşaq ölümlərinin bütün məsuliyyətini həkimlərin üzərinə qoyurlar. Bu, doğru deyil"

BAKI, 24 okt — Sputnik. "Son illər Azərbaycanda istər ana, istərsə də uşaq ölümü göstəriciləri təsirli dərəcədə azalıb. Bu göstəricilərin azalması o demək deyil ki, Azərbaycanda bu sahədə problemlər yoxdur. Bu problemlər var. Amma dövlət tərəfindən tədbirlərin görülməsi bu problemlərin həllinə gətirib çıxaracaq. Bəzən ana və uşaq ölümlərinin bütün məsuliyyətini həkimlərin üzərinə qoyurlar. Bu, doğru deyil".

Səhiyy­ə Na­zirliyi Elmi-Tədq­iqa­t Pediatriya İnsti­tu­tunun direktoru, baş pediatr Nəsib Quliyev - Sputnik Azərbaycan
SƏHİYYƏ
Uşaq qidaları ilə bağlı "həyacan siqnalı"

Sputnik xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, bu gün Milli Məclisdə ana və uşaq ölümləri mövzusuna həsr olunan "dəyirmi masa"da çıxış edərkən belə deyib. Onun sözlərinə görə, hər bir ölkənin əsas inkişaf göstəricilərindən biri də ana və uşaq ölümü göstəricisidir: "Ölkəmizdə ana və uşaq sağlamlığının qorunmasına dövlət səviyyəsində qayğı var, kadr təminatı sahəsində ciddi tədbirlər görülüb".

"Dünyadakı bütün ana ölümlərinin 50 faizi Afrika qitəsində yaşayanların payına düşür. İnkişaf etmiş ölkələrdə bu göstərici 1 faizdir. Hər bir ana və uşaq ölümü böyük faciədir. Əgər uşaq ölümünün göstəricilərinin coğrafiyasına nəzər salsaq görərik ki, ölkələr arasında böyük fərqlər var. 1990-cı ilin məlumatına görə, bir gündə dünyada 5 yaşına çatmamış 18 min uşaq dünyasını dəyişirdi", — Əmiraslanov vurğulayıb.

Onun fikrincə, bu ölümlərə təsir edən tibbi faktorlar var: "Bu gün də uşaq ölümlərinin əsas səbəbləri pnevmaniya, malyariya və sairdir. Çox təəssüflə qeyd etmək istərdim ki, uşaq ölümlərinin 55 faizi səhiyyə xidmətləri ilə bağlıdırsa, 45 faizi qida çatışmazlığı ilə bağlıdır. Şübhəsiz ki, bunlar hamısı çox mürəkkəb məsələlərdir. Bu gün bütün dövlət rəhbərləri bu barədə fikirləşirlər".

Xəbər lenti
0