Bu ölkə Avropa İttifaqından rəsmən imtina etdi

© AP Photo / John McConnicoMoldovanın və Avropa İttifaqının bayraqları, arxiv şəkli
Moldovanın və Avropa İttifaqının bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident Administrasiyasının binası üzərindən Aİ bayraqları endirilib

BAKI, 26 dek — Sputnik. Bu gün Avropa İttifaqının (Aİ) bayrağı Moldova Prezident Administrasiyasının binası üzərindən endirilib. Sputnik RİA-ya istinadən xəbər verir ki, bununla yanaşı, dövlət başçısının saytının rumın dilində olan versiyası da moldovan dili ilə əvəz olunub.

İqor Dodon - Sputnik Azərbaycan
Rusiyanın dostu hakimiyyət başına gəldi

Digər dövlət binalarının və Nazirlər Kabinetinin üzərindəki Aİ bayraqları isə hələ qalır. Prezident Administrasiyasından bildiriblər ki, yeni seçilmiş prezident İqor Dodon konstitusiyaya hörmətlə yanaşır və hamını belə davranmağa səsləyir. O da məlum olub ki, baş verənlərlə bağlı Dodon bu yaxınlarda rəsmi açıqlama verəcək.

Dadon dekabrın 23-də vəzifəsinin icrasına başlayıb. Özünün seçkiöncəsi proqramına uyğun olaraq, o, Moldovo məhsullarının Rusiya bazarına qaytarılması və ikitərəfli iqtisadi münasibətlərin səhmana salınması istiqamətində addımlar atacaq.

Konstitusiyaya görə, respublikanın dövlət dili latın qrafikasına əsaslanan Moldova dili hesab olunur. Ancaq 2013-cü ilin dekabrın 5-də Konstitusiya Məhkəməsi dövlət dilinin Rumın dili olması haqqında qərar qəbul etmişdi.

Avropa İttifaqının Brüsseldəki mənzil-qərargahı, arxiv şəkli - Sputnik Azərbaycan
Avropa İttifaqı dağılma mərhələsində

Xatırladaq ki, Moldovada bu il keçirilən prezident seçkilərinin ikinci turunda rusiyameylli Sosialistlər Partiyasının lideri İqor Dodon qalib gəlib. İkinci turda mübarizə Dodonla, qərbyönümlü "Fəaliyyət və həmrəylik" partiyasının lideri Mayya Sandu arasında gedib.

Seçkiöncəsi proqramında sosialistlərin lideri bəyan etmişdi ki, Rusiya ilə strateji əməkdaşlıq münasibətlərinin bərpasına çalışacaq, Moldova məhsullarının Rusiya bazarlarına qaytarılması və energetika sahəsində münasibətlərin normallaşdırılması istiqamətində fəaliyyət göstərəcək.

Xəbər lenti
0