Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sahibkarlarla bağlı qanunvericilik dəyişdi

© pixabay / 3112014Nağdsız ödəniş
Nağdsız ödəniş - Sputnik Azərbaycan
Abunə olmaq
Parlament "Nağdsız hesablaşmalar haqqında" qanun layihəsini təsdiq edib

BAKI, 16 dek — Sputnik. "Nağdsız hesablaşmalar haqqında" qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirə olunaraq təsdiq edilib. Sputnik xəbər verir ki, iclasda vergilər naziri Fazil Məmmədov yeni dəyişikliklərlə bağlı məlumat verib.

Bakıda avtomobillər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu xəbər bütün sürücüləri məyus edəcək

"Nağd qaydada xərclərin çəkilməsinə məhdudiyyətin qoyulması və pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin tutulması vətəndaşlara deyil, yalnız vergi ödəyicilərinə münasibətdə tətbiq olunacaq. Bu dəyişiklik sahibkarlarla bağlıdır", — nazir bildirib.

Qeyd edək ki, layihəyə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində, ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər, yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında, 200 min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar yalnız nağdsız qaydada həyata keçiriləcək.

İlham Əliyev cəbhə bölgəsində - Sputnik Azərbaycan
Milli Məclis 48 saat ərzində Prezidentin fərmanını qəbul etməlidir

Layihəyə əsasən, vergilərin, gömrük rüsumları və yığımların, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi, kreditlərin verilməsi, stasionar telefon xidmətləri və kommmunal xərclərin ödənilməsi, təhsil haqlarının ödənilməsi, turagentlərə ödəmələr, dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi, "Sığorta fəaliyyəti haqqında" və "İcbari sığorta haqqında" qanunlarla müəyyən edilmiş ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Bu qanunun tələblərinin pozulmasına görə, təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə aparılan əməliyyatların 10%-i, ikinci dəfə yol verdikdə 20%-i, üç və daha çox dəfə yol verdikdə 40% miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı Vergi Məcəlləsinə müvafiq maddə daxil edilib. Qanunun məqsədi mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığının təmin edilməsi, istehlakçıların hüquqlarının qorunması, dövriyyədə olan nağd pul kütləsinin nağdsız vəsaitlərlə əvəz olunması, bank sisteminin inkişaf etdirilməsidir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0