CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu xəbər bütün sürücüləri məyus edəcək

© Sputnik / Fuad HasanovBakıda avtomobillər
Bakıda avtomobillər - Sputnik Azərbaycan
Abunə olmaq
Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda sürücü 20 manat məbləğində cərimə ediləcək

BAKI, 16 dek — Sputnik. Milli Məclisin plenar iclasında "Yol hərəkəti haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Sputnik xəbər verir ki, dəyişikliyə əsasən, nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda İnzibati Xətalar Məcəlləsinin nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib olunur, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir. Sürücü nəqliyyat vasitəsinin aparıldığı duracaq barədə məlumatı parkomat vasitəsi ilə də əldə edə bilər.

Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda sürücü 20 manat məbləğində cərimə edilir. Layihə səsə qoyularaq qəbul olunub.

Xəbər lenti
0