Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Güclü qasırğa xilasetmə əməliyyatını çətinə salıb

Abunə olmaq
Hazırda dənizin qəza baş vermiş bölgəsində axtarış-xilasetmə prosesi davam etdirilir

BAKI, 15 dek — Sputnik. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində xilasetmə işlərinin aparılmasını çətinləşdirib. Bu barədə Sputnik-ə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Xəzərdə axtarış - Sputnik Azərbaycan
İtkin düşən neftçilərlə bağlı dəhşətli fakt

Qeyd edək ki, bu gün səhərə yaxın Xəzər dənizində "Azneft" İB-nin N. Nərimanov adına Neft-QazÇıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın dənizə düşməsi barədə məlumat verilib. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti bu məlumatı alan kimi təxirəsalınmaz tədbirlər görüb. SOCAR və Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlanılıb, hadisə yerinə müvafiq gəmilər səfərbər olunub.

Qəza nəticəsində itkin düşənlərin axtarışı və xilası məqsədilə Gəmiçiliyin "Lənkəran", "Vadim Seyidov" "Gültəkin Əsgərova", "Aura", "Qaradağ-8", "Qaradağ-4", "Ramiz Hacıyev", "Avior", AXDG-yə məxsus FHN tərəfindən idarə olunan olan "Vixr-5" və "Vixr-8" gəmiləri dərhal hadisə yerinə göndərilib. Xilasetmə işlərinə AXDG-Caspian Marine Services Alyansının "Xudafərin", AXDG-BUE Caspian Alyansının "Caspian Pride" və "Caspian Provider" gəmiləri də cəlb edilib.

Tural Müseyibov - Sputnik Azərbaycan
Xəzərdə baş vermis qəza bölgəsinə 6 gəmi göndərilib

Məlumata görə, "AXDG" QSC-nin Böhran Qrupu hadisə ilə əlaqədar olaraq, SOCAR-ın və FHN-nin səlahiyyətli şəxsləri ilə daimi əlaqə saxlayaraq, xilasetmə əməliyyatlarında iştirak edən gəmilərin işlərini koordinasiya edir.

Xatırladaq ki, bu gücə Xəzərdə saniyədə 41 metr sürətlə əsən külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Hadisə baş verən anda Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

Xəbər lenti
0