Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Səbrimiz daşmaq üzrədir

© Sputnik / Mikhail AlayeddinHələb
Hələb - Sputnik Azərbaycan
Abunə olmaq
Hələbdə elan edilən atəşkəs Türkiyə-Rusiya yaxınlaşmasının nəticəsidir

BAKI, 14 dek — Sputnik. Hələb şəhərində son 5 ildir davam edən qeyri-nizami savaş, Türkiyə ilə Rusiyanın razılıq əldə etməsi nəticəsində atəşkəslə nəticələndi. İranlı milislər və bu dövlətin hər cür maneə törətməsinə baxmayaraq, təmin edilən atəşkəs, son dövrdə Türkiyənin Qərb ittifaqından uzaqlaşıb, Rusiya ilə yaxınlaşmasının bir məhsulu olaraq görülməlidir.

Hələbin şərq hissəsində dalğalanan Suriya bayrağı, 11 dekabr 2016-cı il - Sputnik Azərbaycan
Hələbin 95 faizi azad olundu

Hələbdə atəşkəsin təmin edilməsi və orada yaşayan vətəndaşlara humanitar yardım dəhlizinin açılması üçün, Ərdoğan bir tərəfdən Rusiya ilə əməkdaşlıq edərkən, o biri tərəfdən də BMT-nin yeni Baş katibi Gutteres ilə telefon əlaqəsi qurdu. Hələbdəki vəziyyətin ciddiliyini izah edən Türkiyə prezidenti, Suriyada sülhün ən qısa müddətdə təmin edilməsi üçün BMT Təhlükəsizlik Şurasının təcili toplanmalı olduğunu söylədi.

Hələbdə atəşkəsin əldə olunmasına baxmayaraq, rejim gücləri və iranlı döyüşçülər günahsız sivillərə qeyri-insani rəftar göstərir, onları güllələyirlər. Təcavüzə uğramaq istəməyən müsəlman qadınların isə intihar etmək üçün İslam alimlərindən fətva istədikləri xəbərləri gəlməyə davam edir.

Anadolunun həssas müsəlmanları isə, hələlik sadəcə dua etmək və hacət namazı qılmaqla yetinir. Lakin Hələbdə yaşanan əsrin insanlıq dramı üçün, Anadolu müsəlmanlarının səbrinin daşmaq üzrə olduğu da müşahidə edilir.

Xəbər lenti
0