Hələbin 95 faizi azad olundu

© Photo : SANA/Handout via REUTERSHələbin şərq hissəsində dalğalanan Suriya bayrağı, 11 dekabr 2016-cı il
Hələbin şərq hissəsində dalğalanan Suriya bayrağı, 11 dekabr 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Hələb əməliyyatı çərçivəsində 2200-dən artıq terrorçunun təslim olduğu da qeyd olunur. Onlardan 2137-si Suriya prezidenti Bəşər Əsədin fərmanı ilə əfv edilib.

BAKI, 12 dek — Sputnik. Rusiyanın Suriyadakı atəşkəsi monitorinq mərkəzi Hələbin 95%-dən çox hissəsinin Suriya ordusunun nəzarətinə keçdiyini bildirib. Mərkəzdən verilən açıqlamada, son 24 saat ərzində Suriya ordusunun Hələbin şərq hissəsinin 75%-ni azad etdiyi bildirilib.

Sputnik-in məlumatına əsasən, bununla da şəhərin 95%-i ordunun nəzarətinə keçib. Terrorçuların əlində 10 kvadrat kilometrdən az sahə qalıb. 

Açıqlamada Hələbi azad etmə əməliyyatı zamanı 100 mindən artıq dinc sakinin şəhərdən təxliyə edildiyi də bildirilir. Həmçinin əməliyyat çərçivəsində 2200-dən artıq terrorçunun təslim olduğu da qeyd olunur. Onlardan 2137-si Suriya prezidenti Bəşər Əsədin fərmanı ilə əfv edilib.

Xəbər lenti
0