CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qız qaçırmağın yeni forması meydana çıxıb

© Flickr / Aubrian WatsonДевушка с завязанными руками в салоне автомобиля, фото из архива
Девушка с завязанными руками в салоне автомобиля, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rəisin gəlinini qaçıran gənc axtarışa verilib. Sabunçuda baş verən uğursuz qızqaçırma cəhdi isə eşidənləri heyrətə salır.

BAKI, 9 dek — Sputnik. Laçın rayon Polis İdarəsi rəisinin, 22 yaşlı gəlinini qaçıran, Ağcabədi sakini, idmançı gəncin axtarışları davam edir. Sputnik-in məlumatına görə, Ağcabədi rayon Polis İdarəsi gənclərin paytaxtda gizləndiyini zənn edir.

Polis avtomobili - Sputnik Azərbaycan
HADİSƏ
On dörd yaşlı qız yeznəsinə qoşulub qaçıb

Sputnik artıq xəbər verib ki, bazar ertəsi Ağcabədi rayon sakini, biznesmen Məmmədov Şahin Hayıfalan oğlu rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, 1994-cü il təvəllüdlü qızının, dekabrın 4-də oğurlandığını bildirib. Qız Laçın rayon Polis İdarəsinin rəisinin oğlu ilə nişanlı olub və bu yaxınlarda toyları olacaqdı.

Evlənmək məqsədilə qız qaçırmaq adəti, hətta bu gün — XXI əsrdə belə, Azərbaycanda aktuallığını itirməyib. Əvvəllər qız qaçırmaq ailə qurmağın formalarından biri idi. Cavan oğlan öz dostları ilə birlikdə sevdiyi qızı valideynlərinin evindən götürüb öz evlərinə aparırdı. Əgər cavan oğlan qızı bir gecə öz yanında saxlamağa nail olsa, hamı artıq o qızı həmin oğlanın arvadı hesab edirdi.

Romantik əhval-ruhiyyəli qızlar, hətta gizlicə xəyallarına gətirirdilər ki, gənc və yaraşıqlı oğlan onu necə valideynlərinin evindən götürüb uzağa aparacaq. Bu, ötən əsrlərdə belə idi. Çünki onda kişilərin niyyəti təmiz olurdu. Qızları, yalnız onunla evlənmək məqsədilə qaçırırdılar.

Bu gün isə məsələ bir qədər başqa cürdür. Hazırda qızların qaçırılması bir çox hallarda cinayət kimi təsnifləşdirilir. Mövcud qanunvericiliyə əsasən, əgər qaçırılmış qız oğurlanmış hesab edilirsə, yaxud da bu hal onun iradəsi əleyhinə baş veribsə, həmçinin qız yetkinlik yaşına çatmayıbsa, onda bu hallarla bağlı Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət işi açılır.

Dəmir barmaqlıqlar arasına düşmək qorxusunun olmasına baxmayaraq, gənclər yenə də qız qaçırma metoduna əl atırlar. Və polis bu cür hallarla tez-tez qarşılaşsa da, bununla bağlı cinayət işinin açılması üçün araşdırmalara başlamağa tələsmir. Polis var gücü ilə tərəfləri barışdırmağa çalışır.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının dediklərinə görə, indi gəlinin qaçırılmasını telefonla çəkirlər. Əgər qız qaçmağa özü razılıq veribsə, onun "qaçırılma" prosesi telefonla qeydə alınır. Əgər bu iş məhkəməyə düşsə, onda həmin qeyd, cavan oğlanın qızı öz razılığı ilə qaçırdığına dair dəlil kimi zəruridir.

Bəzən isə gəlinin qaçırılması kuryoz hadisələrlə müşahidə olunur. Belə bir əhvalatı Sabunçu rayon Polis İdarəsinin əməkdaşları danışıblar. Hadisə 2013-cü ildə baş verib. Ramana qəsəbəsindəki "Südçülük sovxozu"nda adam qaçırmağa cəhd olub. 21 yaşlı cavan oğlan, dəlicəsinə aşiq olduğu şəhvət obyektini — 41 yaşlı Ulduz Abbasovanı qaçırmaq qərarına gəlib.

Девушка, закрывшая лицо рукой, архивное фото - Sputnik Azərbaycan
HADİSƏ
Bacısının əri ilə qaçan 14 yaşlı qız tapıldı

İnsident Abbasovanın satıcı işlədiyi ərzaq mağazasının çıxışında baş verib. Əmirov saat 21:15 radələrində öz maşını ilə mağazanın yanına gəlib və orada Abbasovanın çıxmasını gözləyib. Qadın mağazadan çıxıb və Əmirovun maşınının yanına çatanda, cavan oğlan onu maşınına itələyib. Amma qüvvələr nisbəti qeyri-bərabər olub, satıcının çəki kateqoriyası Əmirovun xeyrinə olmayıb. Üstəlik Abbasovanın köməyinə bacısı çatıb. O, Ulduzu, eşqdən gözü dönmüş Şahinin əlindən alıb.

Əlinə heç nə keçməyən Şahin maşınına oturub və hadisə yerindən uzaqlaşıb. Qadınlar baş vermiş insidentlə bağlı dərhal "102"ni yığaraq polisə məlumat veriblər. Əməliyyatçılar "gəlin oğrusu"nu düz onun evində ələ keçiriblər. "Uğursuz Məcnun" həbsə göndərilməyib, hüquq mühafizəçiləri onu zəifliyinə bağışlayıblar. Amma Abbasova hələ uzun müddət cavan oğlanın onu necə qaçırmaq istədiyini xatırlayacaq.

Daha bir qeyri-adi hadisə isə Gürcüstan vətəndaşının başına gəlib. Şirxan Əmiraslanova qarşı Gürcüstan Cinayət Məcəlləsinin 140 və 143-cü maddələri ilə cinayət içi açılıb və onun haqqında beynəlxalq axtarış elan edilib. O, yetkinlik yaşına çatmamış Azərbaycan əsilli Gürcüstan vətəndaşını qaçırmaqda günahlandırılıb.

Amma Əmiraslanovun məqsədi ciddi və təmiz olub. Qaçırılmış qızın yaxınları əvvəlcə bu nikahın əleyhinə olublar. Amma Əmiraslanov qızın razılığını alıb və onunla evlənib. Son illərdə o, öz ailəsi ilə birlikdə Sumqayıtda yaşayır və artıq İnterpol da onu axtarmır.

Xəbər lenti
0