BAKI, 10 okt — Sputnik. Cəlilabad Rayon Polis İdarəsi rayonun Məmmədrzalı kəndində baş verən səs-küylü insidenti araşdırır. Belə ki, burada 14 yaşlı Aynurə Nağıyeva bacısının əri, 23 yaşlı Ələmdar Məmmədova qoşulub qaçıb.
Cəlilabad Rayon Polis İdarəsindən Sputnik-ə verilən məlumata görə, hadisə 17 gün əvvəl baş versə də, qoşulub qaçan cütlüklə bağlı bu günə qədər heç bir məlumat yoxdur. Sadəcə o məlumdur ki, onlar Bakıda gizlənirlər.
Azyaşlı qızın atası Ramil Yusubov (atanın familiyası onun özünün razılığı ilə olduğu kimi göstərilir, qoşulub qaçan azyaşlı qız isə anasının soyadını daşıyır — red.) yerli KİV-ə müsahibəsində bildirib ki, qaçan cütlüyü sonuncu dəfə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində görüblər. Lakin polisin bildirdiyinə görə, bu informasiya dəqiqləşdirilməyib.
Aynurə sentyabrın 23-ü gecə vaxtı evdən qaçaraq itkin düşüb. Onunla eyni vaxtda rayonun Mikayıllı kəndinin sakini, Nağıyeva bacılarının böyüyünün əri Ələmdar da itkin düşüb. Qohumları Nağıyevanın öz yeznəsi ilə birlikdə yoxa çıxdığını dərhal başa düşməyiblər.
"Aynurənin bacısı bu hadisənin onun əri Ələmdar Məmmədovun əli ilə törədildiyinə artıq şübhə eləmir. O, istintaqa bildirib ki, əri sentyabrın 23-də ona Bakıya getməli olduğunu deyib. Məmmədov Qaradağ rayonundakı daş karxanasında işləyirmiş. Məmmədov gedəndən sonra mobil telefonunu dərhal söndürüb və heç kəslə əlaqə saxlamayıb", — deyə polisdən bildiriblər.
Əməliyyatçılar Nağıyeva ilə Məmmədovun hadisənin baş verdiyi gecə kənddə avtomobilə əyləşərək naməlum istiqamətə getdiklərinə dair şahid ifadələrini alıblar: "Nağıyeva özü Məmmədova qoşularaq qaçıb, onu heç kəs avtomobilə zorla mindirməyib".
Asayiş keşikçiləri əmindirlər ki, gənclər tapılacaqlar: "Məmmədov bilir ki, onu tezliklə saxlayacaqlar və AR Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə (16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) məsuliyyətə cəlb edəcəklər. Ehtimal var ki, Məmmədov qohumu ilə cinsi əlaqədən bezdikdən sonra özü üfiqdə görünəcək, əlbəttə, əgər ona qədər əməliyyatçılar onu tapmasalar".
Ramil Yusubovun ailə üzvləri artıq indi başa düşüblər ki, niyə Məmmədov özünün azyaşlı baldızına xüsusi maraq göstərirmiş. Qeyd edək ki, Yusubov beş qız atasıdır, Aynurə isə onlardın 3-cüsüdür.
Məmmədovun həyat yoldaşının sözlərinə görə, o, atası evinə qonaq gələndə əri ilə danışdıqdan sonra əri, tez-tez telefonu Aynurəyə verməyi xahiş edirdi. Arvadı əri ilə bacısının nə danışdıqlarını bilməyib, amma hiss edib ki, əri bacısına laqeyd deyil. Hətta bir dəfə anasını da xəbərdar edib ki, Aynurə Ələmdarla həddindən artıq çox danışır. Amma anası deyib ki, bu, bacı-qardaş məhəbbətindən başqa bir şey deyil.
Hazırda Məmmədovun həyat yoldaşı atası evinə qayıdıb və baxmayaraq ki, himayəsində azyaşlı uşaq var, əri ilə barışmağa hazırlaşmır. Yusubov Məmmədovun qanunun imkan verdiyi ən ağır yolla cəzalandırılmasını tələb edir.
"Başa düşürsünüz, məsələ nə yerdədir? Aynurə, əlbəttə özü Məmmədovla qaçıb. Amma sonuncu qızın məsumiyyətindən istifadə edərək onu öz toruna salıb. O, hələ uşaq sayılır. Allah bilir, Aynurəyə onu "sevdiyi" barədə nə qədər gözəl sözlər deyərək inandırıb. Aynurə də unudub ki, bu, onun bacısının əridir. Ə. Məmmədov ilk dəfə deyil ki, qız aldadır. Evləndiyi günə qədər başqa bir qızı da bu yolla bədbəxt edib" — deyə polisdən bildiriblər.
Cəlilabad RPİ-dən eyni zamanda deyilib ki, bu rayonda qız uşaqlarını çox erkən ərə verirlər: "Əgər qanunun məhdudiyyəti olmasa, onlar qızları 14 yaşında, hələ ondan da tez ərə verərlər. Burada qızlar çox çətinliklə 16 yaşa qədər qalırlar. 16 yaşı tamam olar-olmaz, qızları dərhal ərə verirlər. Bu, xoşagəlməz tendensiyadır. Artıq qızlar erkən yaşlardan etibarən təhsil və özünü reallaşdırmaq barədə deyil, ərə getmək barədə düşünürlər. Yeri gəlmişkən, baxmayaraq ki, Aynurə Nağıyeva yetkinlik yaşına çatmayıb, artıq ona bir neçə dəfə elçi gəlib".
Qeyd edək ki, AR CM-nin 152-ci maddəsi ilə üç ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.