Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bacısının əri ilə qaçan 14 yaşlı qız tapıldı

© Flickr / PolinaДевушка, закрывшая лицо рукой, архивное фото
Девушка, закрывшая лицо рукой, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Qız bildirib ki, bütün bu müddətdə tək olub. Amma polis onun həqiqəti demədiyindən və öz qohumunu qoruduğundan əmindir.

BAKI, 31 okt-Sputnik. Cəlilabadda bacısının 23 yaşlı əri Ələmdar Məmmədova qoşulub qaçan 14 yaşlı Aynurə Nağıyeva tapılıb. 

Bu barədə Sputnik-ə Cəlilabad rayon Polis İdarəsindən məlumat verilib.

Sputnik artıq Cəlilabadın Məmmədrzalı kəndinin 14 yaşlı sakininin sentyabrın 23-də gecə saatlarında evdən qaçdığı barədə məlumat vermişdi. Kənd sakinləri Nağıyevanın Məmmədovla birlikdə maşına əyləşərək naməlum istiqamətə getdiklərini görmüşdülər. 

Qadın - Sputnik Azərbaycan
HADİSƏ
Boşadığı arvadını qaçırdı

Əməliyyatçılar tezliklə cütlüyün Qaradağ rayonu ərazisində gizləndikləri barədə informasiya əldə etmişdilər. Nağıyeva hazırda saxlandığı polis idarəsinə özü gedib. Qız polisə bildirib ki, evdən Ələmdar Məmmədovla deyil, tək qaçıb. 

"O, düzünü demir, amma düşünürük ki, Nağıyeva tezliklə hər şeyi boynuna alacaq. Hazırda o ötən vaxt ərzində harada olduğunu açıqlamaqdan imtina edir. Aydındır ki, onu polisə getməyə Məmmədov vadar edib. Özü isə gizlənir, çünki gözəl bilir ki, onu AR Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə (16 yaşına çatmamaış şəxslə cinsi əlaqəyə girmə) təqsirləndirilmək gözləyir” – deyə Cəlilabad RPİ-dən bildiriblər. 

Hazırda əməliyyatçılar Məmmədovla bağlı axtarış aparırlar. 

Xəbər lenti
0