Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı idmançı şokda: "Bütün bunlar Rusiyaya görədir"

© AP Photo / Ed WrayVitali Rəhimov
Vitali Rəhimov - Sputnik Azərbaycan
Abunə olmaq
Vitali Rəhimov: "8 ildən sonra bilinir ki, məndə dopinq aşkarlanıb. Sadəcə gülünc haldır"

BAKI, 18 noy — Sputnik. Azərbaycan yenidən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) "qara siyahısı"nda yer alıb. Sputnik BOK-un rəsmi saytına istinadən xəbər verir ki, dünən Komitənin açıqladığı, dopinqə düşən idmançılar siyahısında, Azərbaycanı 2008-ci il Pekin Olimpiadasında, yunan-Roma güləşi üzrə təmsil edən və ölkəyə gümüş medal qazandıran idmançı Vitali Rəhimovun da adı var. Azərbaycanla yanaşı, "qara siyahı"ya düşən ölkələr arasında Rusiya Federasiyası, Ukrayna, Belarus, Qazaxıstan və Yunanıstan kimi ölkələrinin də idmançıları yer alır.

Мария Шарапова - фото архив - Sputnik Azərbaycan
İDMAN
"Şarapovanın qəbul etdiyi dərmanda dopinqlik heç bir effekt yoxdur"

Sputnik-in əməkdaşı Olimpiadanın gümüş mükafatçısı Vitali Rəhimovun məsələ ilə bağlı münasibətini alıb. Güləşçi çıxarılan qərara belə münasibət bildirib: "Hələ də şokdayam. 8 ildən sonra bilinir ki, məndə dopinq aşkarlanıb. Sadəcə gülünc haldır".

"Mən olimpiadaya getməzdən öncə Bakıda bir dəfə dopinq testindən keçmişəm. Sonra Pekində yarışöncəsi yenə dopinq testi oldu. Ardınca — yarışa bir gün qalmış yenidən dopinq testindən keçmişəm. Bütün analizlərdən təmiz çıxmışam. Yarışdan sonra yenidən yoxlanmışıq. Necə olur ki, 3-4 dəfə yoxlanışdan dopinqsiz çıxdığımız halda, 8 il sonra həmin analizlərin yenidən yoxlanışı zamanı dopinq aşkarlanır?", — deyə idmançı narazılığını dilə gətirib.

O, BOK-un dopinq aşkarlanan idmançılar siyahısında, məhz MDB ölkələrinin idmançılarının adlarının hər dəfə aşkarlanmasına da münasibət bildirib: "Bu, bir siyasətdir. Onlar nə istəyirlər, onu da edirlər. Kim yoxlanır, necə yoxlanır — bilinmir. Bizim bilmədiyimiz hadisələr baş verir və əvəzində idmançılar əziyyət çəkirlər".

"Əsas da odur ki, Rusiyaya qarşı sanksiya tətbiq etmək istəyirlər. Ona görə, Rusiyaya yaxın olan ölkələrə qarşı da belə qərarlar tətbiq edirlər. Yəqin ki, belə qalmaz. Hələ də şokdayam", — V. Rəhimov vurğulayıb.

Güləşçi əlavə edib ki, nəticə ilə razılaşmır və qərardan apelyasiya şikayəti verəcək: "Bu, sadəcə faciədir. Mən özümə əminəm və sona kimi mübarizə aparacam. Bu məsələni belə qoymaq olmaz".

Xəbər lenti
0