Neft-qaz mütəxəssisləri Ufa Neft Universitetində təcrübə mübadiləsi aparacaqlar

© Photo : rusoil.netUfa Dövlət Neft Texniki Universiteti
Ufa Dövlət Neft Texniki Universiteti - Sputnik Azərbaycan
Abunə olmaq
Akademik A.X.Mirzəcanzadənin xatirəsinə həsr olunmuş Beynəlxalq elmi-praktiki konfransda perspektivli elmi istiqamətlər və yeni texnologiyaların tətbiqi müzakirə edilir.

BAKI, 17 noy – Sputnik. Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) mətbuat xidmətindən RİA Novosti-yə bildirildiyinə görə, neft və qaz sahəsində aparıcı beynəlxalq mütəxəssislər həmin ali məktəbdə keçirilən akademik A.X.Mirzəcanzadənin xatirəsinə həsr olunmuş Beynəlxalq elmi-praktiki konfransda perspektivli elmi istiqamətlər və yeni texnologiyaların tətbiqini müzakirə edirlər.

16-18 noyabr tarixində keçirilən konfransda 40-dan çox aparıcı alim, A.X.Mirzəcanzadənin elmi məktəbinin Azərbaycan, Vyetnam, Qazaxıstan, Rusiyadan olan nümayəndələri, həmçinin Avstriya, İsveçrə və İsraildən gəlmiş mütəxəssislər iştirak edirlər. 

OPEC - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Goldman Sachs-dan neft ölkələri üçün bədbin proqnoz

UDNTU-nin rektoru Ramil Baxtizin bildirib ki, 2016-cı ildə Ufa Dövlət Neft Texniki Universiteti Rusiyanın və eyni zamanda “Qazprom”-un dayaq ali məktəbi statusunu qazanıb.

"Bu nəticələrə, o cümlədən, universitetin nəzdindəki təsisçisi akademik A.X.Mirzəcanzadə olan aparıcı elmi məktəblərin fəaliyyəti sayəsində nail olmaq mümkün olub. Onun elmi maraqları neft və qaz yataqlarının işlənməsindən, karbohidratların çıxarılması və nəql edilməsinədək tədqiqat istiqamətlərinin geniş spektrini əhatə edirdi", — deyə ali məktəbin rektoru bildirib.

Akademik Mirzəcanzadənin şagirdləri arasında çox məşhur alimlər, şəxsi elmi məktəblərini yaradanlar var, o cümlədən, professor M.M.Həsənov, A.Q.Qumerov, R.N.Baxtizin, V.Baykov, İ.R.Baykov, A.M.Şammazov və başqalarını qeyd etmək mümkündür.

Akademikin istehsal prosesləri texnologiyalarında təcəssüm edilmiş ideyalarının reallaşdırması Rusiya, Özbəkistan və Azərbaycan daxil olmaqla bir çox ölkələrin neft və qaz sahəsində qəbul edilib və sənayedə geniş tətbiq olunur. Ramil Baxtizin bildirib ki, elmi məsələlərin həlli metodları müxtəlif istiqamətlərdən olan riyaziyyatçı, fizik, neftçi, texnoloq, mexaniklərdən ibarət olan elmi kollektivin səylərinin nəticəsi olub. 

Нефтяная платформа и шельф на Каспийском море - Sputnik Azərbaycan
İQTİSADİYYAT
“İlin sonunda neftin qiyməti təkrar 41-42 dollaradək ucuzlaşa bilər”

"Belə yanaşma öz vaxtını qabaqladı, və hal hazırda neft çıxarmanın aktual problemlərinin həllində o cür cəmiyyətlərə daha çox tələbat var", — deyə UDNTU rektoru vurğulayıb.

Forum çərçivəsində həmçinin Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının texniki ali məktəblərin rektorlarının işçi iclası keçəcək. Konfransın iştirakçıları "UDNTU günü" və "Gənclər elminin festivalı" təntənəli tədbirlərində iştirak edəcəklər.

Konfransın təşkilatçıları Ufa Dövlət Neft Texniki Universiteti, Başqırdıstan Respublikasının Elmlər Akademiyası, "BaşNİPİneft" MMC, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, "Vyetsovpetro" Birgə Müəssisəsi, Uxta Dövlət Texniki Universiteti, "Neftqaz" ETLİ, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasıdır.

Xəbər lenti
0