Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Goldman Sachs-dan neft ölkələri üçün bədbin proqnoz

© REUTERS / Leonhard FoegerOPEC
OPEC - Sputnik Azərbaycan
Abunə olmaq
GS: OPEC ortaya inandırıcı bir razılaşma qoya bilməzsə, neftin qiymətləri 40 dollara yaxın səviyyələrə qədər ucuzlaşacaq.

BAKI, 1 noy-Sputnik. Dünyanın iri maliyyə xidmətləri şirkəti olan “Goldman Sachs Group Inc.”in hesabatına görə, OPEC-in bu ay keçiriləcək konfransında neft hasilatının azaldılması ilə bağlı razılaşma ehtimalı getdikcə azalır, əgər razılığa gəlinməzsə, neftin qiymətləri 40 dollara yaxın səviyyələrə qədər ucuzlaşa bilər.

Sputnik milliyet-ə istinadla xəbər verir ki, Goldman analitiklərinin hazırladığı hesabatda bildirilib ki, hasilat kvotalarının tətbiq edilməsi müddətində hər hansı irəliləyişin olmaması və OPEC üzvləri arasında getdikcə artan narazılıq noyabrın 30-da razılığın əldə olunması ehtimalını azaldır.

Hesabatda deyilib ki, indiyədək razılığın əldə edilməməsi neftin qiymətlərini sərt bir şəkildə aşağı çəkib. OPEC ortaya inandırıcı bir razılaşma qoya bilməzsə, neftin qiymətləri 40 dollara yaxın səviyyələrə qədər ucuzlaşacaq.

Xəbər lenti
0