BAKI, 17 noy — Sputnik. Dünyanın müxtəlif yerlərində ordusu olmayan ölkələr var. Bu ölkələrin ordusu olmasa da, onların təhlükəsizliyi güclü dövlətlərin qoruması altındadır. Sputnik haberturk-a istinadla ordusu olmayan ölkələri təqdim edir.
Vatikan: Polis səviyyəsində xidmət verən isveçrəli mühafizəçilər tərəfindən qorunur.
İslandiya: Ölkədə 1869-cu ildən bəri ordu yoxdur. Birləşmiş Krallıq ilə hərbi təhlükəsizlik müqaviləsi olduğundan NATO-nun üzvüdür.
Monako: 17-ci əsrdə silah texnologiyasındakı tərəqqisindən dolayı ordusundan imtina etdi. Lazım olan vəziyyətlərdə qorunması Fransaya aiddir.
Kosta Rika: Ölkənin konstitusiyasına görə, 1949-cu ildən bəri ölkədə ordunun olması qadağandır.
Andorra: 3 iyun 1993-cü ildəki müqaviləyə görə, lazım olduğu təqdirdə ölkənin hərbi cəhətdən qorunması İspaniya və Fransa tərəfindən təmin edilir.
Mikroneziya: Amerika Birləşmiş Ştatlarının qoruması altındadır.
Grenada: 1983-cü ildə ABŞ-ın işğalı ilə başlayan dövrdən bəri ölkədə ordu yoxdur. Yalnız yerli təhlükəsizlik qüvvələri mövcuddur.
Kiribati: Kiçik ölkədə təhlükəsizlik üçün yalnız polis var. Ölkənin qorunmasına ehtiyac yaranarsa, Yeni Zelandiya və Avstraliya ordusu hərəkətə keçəcək.
Lixtenşteyn: 1868-ci ildən bəri qorunması İsveçrə tərəfindən zəmanət altındadır.
Marshall Adaları: Amerika Birləşmiş Ştatlarının qoruması altındadır.
Nauru: Təhlükəsizlikdən Avstraliya məsuldur.
Palau: Heç bir zaman ordusu olmadı. Amerikada xüsusi birliklərlə razılaşdı. Ölkədə ədalət üçün çalışan 30 hüquqşünas var. Cinayət nisbəti sıfır səviyyəsindədir.
Solomon Adaları: 1998-2006-ci illər arasında etnik qarşıdurmalar yaşanması nəticəsində Avstraliya və digər Sakit okean ölkələri araya girərək sülhü təmin etdi. Ordusu yoxdur.
Saint Lucia: Ada ölkəsinin təhlükəsizliyini 116 nəfərlik polis təşkilatı qoruyur.
Saint Vincent və Grenadines: Böyük Britaniya ordusu ilə razılaşdı. Təhlükəsizliyini 94 nəfərlik bir qurum təmin edir.
Samoa: 1962-ci ildə müstəqilliyini qazandığından bəri ordusu yoxdur. Yeni Zelandiya ilə bir anlaşması var. Buna görə orduya ehtiyacı olduğunda Samoanı Yeni Zelandiya ordusu qoruyacaq.
Tuvalu: Böyük Britaniyadan 1978-ci ildə ayrıldığından bəri ordusu yoxdur. Ölkədə yalnız kiçik bir polis təşkilatı var.