Türk ordusu YPG-nin qərargahını darmadağın etdi

© REUTERS / RODI SAIDYPG bayrağları
YPG bayrağları - Sputnik Azərbaycan
Abunə olmaq
Terror təşkilatına məxsus, Hələb şəhərinin şimalındakı 18 hədəf bombardman edilib

BAKI, 20 okt — Sputnik. Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında başlatdığı "Fərat qalxanı" əməliyyatı çərçivəsində PKK-nın bu ölkədəki qolu olan PYD-YPG mövqelərinə ağır artilleriya zərbələri endirib. Sputnik xəbər verir ki, bu barədə Türkiyənin Baş Qərargahından məlumat verilib.

"Hələb şəhərinin şimalındakı YPG-yə aid 18 hədəf bombardman edilib. YPG-nin zirehli texnikaları, qərargah binası və sığınacaqları bombalanıb", — deyə açıqlamada qeyd olunub.

Xəbər lenti
0