BAKI, 7 noy — Sputnik. "Rusiya ilə münasibətlərimiz gərgindir. Bu səbəblə yüz minlərlə hərbçimizi döyüş hazırlığı vəziyyətinə gətirməyi planlaşdırırıq".
Sputnik Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq açıqlama verib. Onun sözlərinə görə, NATO rəhbərliyi Rusiyadan gələ biləcək təhlükənin qarşısını almaq üçün, quru qoşunları üçün çoxlu sayda hərbçi hazırlamaq niyyətindədir.
Baş katib, həmçinin deyib ki, NATO uzun illər Rusiyanın gücünü artırdığını, eləcə də müttəfiqləri arasında fəal təbliğat apardığını müşahidə edib.