ELM

Respondentlərin 96 faizi ölkənin təhsil sistemindən narazıdır

© Photo : STROrta məktəb şagirdləri dərs zamanı
Orta məktəb şagirdləri dərs zamanı - Sputnik Azərbaycan
Abunə olmaq
Sosial şəbəkə istifadəçiləri arasında keçirilən sorğu iştirakçılarının böyük əksəriyyəti mövcud təhsilimizin durumundan narazılığını ifadə edib

BAKI, 15 noy — Sputnik. Sputnik Azərbaycan Agentliyinin rəsmi "Facebook" səhifəsində səsvermə keçirilib. Sosial şəbəkə istifadəçilərinə "Azərbaycanın təhsil sistemindən razısınız, ya yox?" sualı ünvanlanıb.

Orta məktəbdə dərs prosesi, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Mövcud təhsil sistemi şagirdlərin bütün enerjisini "sümürür"

Sorğuya, ümumilikdə 284 nəfər rəy bildirib. Onlardan 272 nəfəri (95.77 faiz) təhsil sistemindən narazı, 12 nəfər (4.23 faiz) isə razı olduğunu qeyd edib. Bəzi vətəndaşla, fikirlərini daha geniş şəkildə ifadə ediblər. Belə ki:

Elnarə Sadıxova: "Razı deyiləm. Azərbaycanda hər şey pulun başındadır. Pulun varsa, yaxşı təhsil ala biləcəksən. Pullu məktəblərdə uşaqları yaxşı öyrədirlər, dərs keçirlər".

Mahal Məmmədov: "Təhsilimiz sistemsizlikdən əziyyət çəkir. Sistem yoxdursa, necə razı olmaq olar?".

Asif Manaflı: "Razı deyiləm. Nə qədər ki, müəllimlərin maaşı artmayacaq, təhsildən söhbət gedə bilməz".

Qoşqar Namazov: "Əsla, razı deyiləm. 10-cu sinif şagirdlərinə məktəbdə, ümumiyyətlə təhsil vermirlər. Övladım sentyabr ayından bəri bir fəndən belə, qiymət almayıb. Səbəbini soruşduqda deyir ki, "ay ata, şagirdlərin hamısı hazırlıq kurslarına gedir".

Ömər Eyyublu: "Azərbaycanda təhsili öldürüblər. Qatillərini tapmaq lazımdır".

Uşaq bağçası - Sputnik Azərbaycan
ELM
Təhsil Nazirliyi 300-dən artıq uşaq bağçasını satıb

Nüsrəvan Mahmudov: "Razı deyiləm. İndiki təhsil sistemi elədir ki, uşaq birinci sinfə gedəndən valideyn onu ödənişli hazırlıq kursuna və ya repetitor yanına qoymalıdır. Yoxsa uşaq heç vaxt oxuya bilməz. Mən üç uşaq oxuduram, imkanım yoxdur uşaqlarımı hazırlığa qoyam, bu səbəbdən də uşaqlar heç bir şey öyrənə bilmirlər".

Elşən Talışov: "3-cü sinifdə oxuyan uşağın çantası 7.5 kq gəlir. Əvvəla o çantanı uşaq daşıya bilməz. Uşaqların başları da boş olur, çünki təhsil yoxdur".

Vüqar Goran: "Olmayan şeydən danışmaq müşkül məsələdir".

Cümşüd Məmmədov: "Razı deyiləm. Təhsil çökür".

Samirə Əliyeva: "Əlbəttə, razı deyiləm. Rüşvət olan bir təhsilin səviyyəsindən söhbət gedə bilməz".

Xəbər lenti
0