CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sənətindən imtina etmiş “Kürdəxanılı balası”: “Yoldaşım getdi..., elə bil ölmüşəm”

© Sputnik / Irade JELILHacıbaba müəllim
Hacıbaba müəllim - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün çətinliklərə, zərbələrə baxmayaraq qocaman rəssam Hacıbaba müəllim yaşayıb-yaratmağa olan ümidlərini itirmir.

İradə Cəlil, Sputnik Azərbaycan

İki həftə əvvəl Kürdəxanı qəsəbəsinə getmişdim. Məqsədim 113 saylı məktəbin intihar etmiş şagirdləri ilə bağlı reportaj hazırlamaq idi. Amma heç kimin evini tanımırdım. Mağazaların birinin qarşısında dayanan gənclərə yaxınlaşdım. Gənclərdən Hacı adlı biri mənə uşaqların evini tapmağa yardım edəcəyini dedi. Hacı ilə söhbət zamanı bildim ki, onun babası istedadlı rəssam olub, uzun illər 113 saylı məktəbdə rəsm müəllimi işləyib. İndi isə təqaüdə göndərilib. Hacı ilə söhbətdən sonra qərara aldım ki, elə ilk yazımı Hacıbaba müəllim haqqında yazım. Və Hacı ilə onların evinə yollandıq. Hacıbaba müəllim, bizi qapıda qarşıladı, jurnalist olduğumu biləndə üzünə təbəssüm qondu: “Eh ay bala o qədər jurnalist tanımışam ki”. 

Sonra özündən asılı olmayaraq söhbətə başladı:

“Əməkdar incəsənət xadimi Eyyub Hüseynov mənim müəlilim olub. Hər zaman mənim işlərimdən razı qalırdı, deyirdi: “Kürdəxanılı balası, sən çox bacarıqlı uşaqsan”. Uzun illər müxtəlif yerlərdə müəllim kimi işləmişəm. Mənim uşaqlarım daha bacarıqlı olub. Amma iki il öncə işdən çıxardılar ki, yaşlısan”. 

Sonaxanım - Sputnik Azərbaycan
CƏMİYYƏT
Həyatı faciəyə çevrilmiş qadın: "Məni bura Gülər Əhmədova gətirdi"

İşdən çıxarılan Hacıbaba müəllimin bütün işləri çalışdığı məktəbdə qalıb. Hacıbaba müəllim yenidən işinə qayıtmağa cəhd etsə də, alınmayıb. İndi evində öz qohumlarının uşaqlarına bu sənətin sirlərini öyrədir: “Bu sənətə 60-cı illərdə başlamışdım. 1968-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirdim. İki il Ramiz Əfəndiyevlə çalışdım. Sonra 1970-ci ildə 113 saylı məktəbdə işləməyə başladım. Başlayacağam inşallah işləməyə, qoy hələ bir kətan, yağlı boya alım”.  

Hacıbaba müəllim danışır ki, yoldaşı həyatda olanda həyatı qaydasında olub. Yoldaşını itirəndən sonra onunla bərabər həyat da mənasını itirib: ”Həm şəkər xəstəsi idi, həm də təzyiqi var idi. Hər şeyə nifrət edirəm. Qadınsız ev necə olar? Yoldaşım getdi, elə bil ölmüşəm. Ayda 1300 manat gəlirim olurdu. O var idi ruzi gəlirdi. O gedəndən bir ay sonra hər şey dağıldı. İnsan nə qədər ki, subaydı özünü xoşbəxt hiss edir. Evlənəndən sonra oğul-uşaq olur, böyüyürlər, sayılmayanda həyata nifrət edirsən”.

© Sputnik / Irade JELILHacıbaba müəllim
Hacıbaba müəllim - Sputnik Azərbaycan
1/7
Hacıbaba müəllim
© Sputnik / Irade JELILİşdən çıxarılan Hacıbaba müəllimin bütün işləri çalışdığı məktəbdə qalıb
İşdən çıxarılan Hacıbaba müəllimin bütün işləri çalışdığı məktəbdə qalıb - Sputnik Azərbaycan
2/7
İşdən çıxarılan Hacıbaba müəllimin bütün işləri çalışdığı məktəbdə qalıb
© Sputnik / Irade JELILHacıbaba müəllim yenidən işinə qayıtmağa cəhd etsə də, alınmayıb.
Hacıbaba müəllim yenidən işinə qayıtmağa  cəhd etsə də, alınmayıb - Sputnik Azərbaycan
3/7
Hacıbaba müəllim yenidən işinə qayıtmağa cəhd etsə də, alınmayıb.
© Sputnik / Irade JELILİndi evində öz qohumlarının uşaqlarına bu sənətin sirlərini öyrədir
İndi evində öz  qohumlarının uşaqlarına bu sənətin sirlərini öyrədir - Sputnik Azərbaycan
4/7
İndi evində öz qohumlarının uşaqlarına bu sənətin sirlərini öyrədir
© Sputnik / Irade JELILHacıbaba müəllim danışır ki, yoldaşı həyatda olanda həyatı qaydasında olub
Hacıbaba müəllim danışır ki, yoldaşı həyatda olanda həyatı qaydasında olub - Sputnik Azərbaycan
5/7
Hacıbaba müəllim danışır ki, yoldaşı həyatda olanda həyatı qaydasında olub
© Sputnik / Irade JELILHacıbaba müəllim danışır ki, 3 oğlu varmış: “Biri xəstədir, biri dünyasın dəyişib, bir oğlum da yanımda qalır".
Hacıbaba müəllim danışır ki, 3 oğlu varmış: “Biri xəstədir, biri dünyasın dəyişib, bir oğlum da yanımda qalır. - Sputnik Azərbaycan
6/7
Hacıbaba müəllim danışır ki, 3 oğlu varmış: “Biri xəstədir, biri dünyasın dəyişib, bir oğlum da yanımda qalır".
© Sputnik / Irade JELILSağollaşanda Hacıbaba müəllim mənə söz verir, deyir ki, “6 aydan sonra gəl. Başlayacağam yenidən rəsm əsərləri çəkməyə. O zaman bütün əsərlərimin şəklini çəkərsən”.
Sağollaşanda Hacıbaba müəllim mənə söz verir, deyir ki, “6 aydan sonra gəl. Başlayacağam yenidən rəsm əsərləri çəkməyə. O zaman bütün əsərlərimin şəklini çəkərsən”. - Sputnik Azərbaycan
7/7
Sağollaşanda Hacıbaba müəllim mənə söz verir, deyir ki, “6 aydan sonra gəl. Başlayacağam yenidən rəsm əsərləri çəkməyə. O zaman bütün əsərlərimin şəklini çəkərsən”.
1/7
Hacıbaba müəllim
2/7
İşdən çıxarılan Hacıbaba müəllimin bütün işləri çalışdığı məktəbdə qalıb
3/7
Hacıbaba müəllim yenidən işinə qayıtmağa cəhd etsə də, alınmayıb.
4/7
İndi evində öz qohumlarının uşaqlarına bu sənətin sirlərini öyrədir
5/7
Hacıbaba müəllim danışır ki, yoldaşı həyatda olanda həyatı qaydasında olub
6/7
Hacıbaba müəllim danışır ki, 3 oğlu varmış: “Biri xəstədir, biri dünyasın dəyişib, bir oğlum da yanımda qalır".
7/7
Sağollaşanda Hacıbaba müəllim mənə söz verir, deyir ki, “6 aydan sonra gəl. Başlayacağam yenidən rəsm əsərləri çəkməyə. O zaman bütün əsərlərimin şəklini çəkərsən”.

Hacıbaba müəllim danışır ki, 3 oğlu varmış: “Biri xəstədir, biri dünyasın dəyişib, bir oğlum da yanımda qalır. Kiçik oğlum rəhmətə gedib. Oğlumun dayısı rəhmətə getmişdi. İşıqlar söndüyü üçün biz onu lampa işığında apardıq yumağa. Uşaq da quyudan su çəkib gətirirdi. Ölüdən qorxmuşdu. Bir müddət sonra havalandı. Bir müddət Maştağada dispanserdə yatdı. Sonra boğazında şiş əmələ gəldi. Həkimlər əməliyyat etdilər. Götürüb gəlmişdim evə, özünü apara bilmirdi, dağıdıb tökürdü. Evin pəncərələrinin qarşısına  taxta vurmuşdum ki, şüşələri qırmasın. Xəstələnəndən 7-8 il sonra dünyasını dəyişdi. Yoldaşım da əzab çəkirdi. Yeyən uşaq idi. Ölümündən 2-3 gün öncə yemək yeyə bilmirdi. Deyirdi “ana, yemək keçmir boğazımdan, öləcəyəm”. Dekabr ayı idi. Məktəbdə dərsdə idim. Səhər 11 olardı. Qonşum gəlmişdi arxamca məktəbə. Dedim “ay Şəmil, nə olub?”. Dedi  “gəl gedək, Adilin vəziyyəti yaxşı deyil”. Amma ürəyimə dammışdı ki, Adil ölüb. Gəldim müəllim yoldaşlarımın köməkliyi ilə onu dəfn etdik. Həmin vaxtdan yoldaşım başladı dərd çəkməyə, fikir etməyə xəstəlik tapdı onu”. 

Mebel ustası Arzu Rəhimova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Arzularını kişi sənətinə qurban vermiş Arzu

Hacıbaba müəllim həyat yoldaşı müalicəyə aparmaq istəsə də qadın razılaşmır. Sonuncu dəfə vəziyyəti pisləşən qadını Hacıbaba müəllim məcburən  həkimə aparır, müayinələrdən sonra məlum olur ki, qadının beyni şəkərdən əriyib, yaşamağa ümidi yoxdur. Həkimlər Lətifə xanımı evə aparmağı məsləhət görürlər: “Gətirdim evə. (Əli ilə pəncərənin qarşısını göstərir) Yatağı burda idi. Hamı yığışdı başına. Şəklini də çəkmişdi uşaqlar o anların”. 

Hacıbaba müəllim ayağa qalxıb o şəkli axtarmağa başlayır, çox axtarır, tapa bilmir.

Sonra yoldaşının divara vurulmuş portretini göstərir mənə. Deyir ki, özü çəkib. Hacıbaba müəllim atasının da portretini çəkib. Onu da mənə göstərir. Yoldaşı dünyasını dəyişəndən sonra yaşlı rəssam hər şeydən, hətta rəssamlıqdan da imtina edir. 

Yaqut Fərəcova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda yaşayan bu ailədə fərqli qayda-qanunlar hökm sürür

Xeyli söhbət edirik, fikirlərini bölüşür. Deyir ki, həyatda heç vaxt pula, evə, avtomobilə görə yaşama, sevgi ilə yaşa, hisslərinlə yaşa. Sonra böyük evini göstərir: “Bax bu evi 1978-ci ildə tikdirmişəm. Nə olsun, bomboşdur indi”. 

Hacıbaba müəllimlə çox söhbət edirik, kədərli gözlərini güldürə bilirəm sonunda. Sağollaşanda Hacıbaba müəllim mənə söz verir, deyir ki, “6 aydan sonra gəl. Başlayacağam yenidən rəsm əsərləri çəkməyə. O zaman bütün əsərlərimin şəklini çəkərsən”. Razılaşırıq, gülümsünür. Qapıya qədər məni ötürüb, tələbələrinin yanına tələsir.

Xəbər lenti
0