CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yaşayan bu ailədə fərqli qayda-qanunlar hökm sürür

© Sputnik / Tarana KhudabakhshiyevaYaqut Fərəcova
Yaqut Fərəcova - Sputnik Azərbaycan
Abunə olmaq
Ailənin iki fərdi müsəlman, iki fərdi xristiandır. Lakin hər kəs bir-birinin dini inancına hörmətlə yanaşır.

BAKI, 12 iyul — Sputnik. Azərbaycanın multikulturalizm sahəsində dünyaya örnək olduğunu hər kəs etiraf edir. Bu müsbət cəhət təkcə cəmiyyətdə deyil, ailələrin daxilində də mövcuddur. Elə Sputnik-in həmsöhbəti olan Yaqut Fərəcovanın ailəsi kimi. 

– Anam xristian, atam müsəlmandır. Bacım müsəlmanlığı qəbul edib, mənə isə xristianlıq dini yaxın olduğu üçün, bu dini qəbul etdim.

Döşündəki orden və medallar Volodya babanın keşməkeşli, ancaq şərəfli ömür yolu keçdiyinin şahididir - Sputnik Azərbaycan
CƏMİYYƏT
Müsəlman kəndinin yeganə rusdilli sakini: "Yaxşı ki, oğlum olmadı..."

 Bu cür şəraitdə bir yerdə yaşamaq çətin deyil?

– Heç də çətin deyil. Əksinə, çox gözəl yaşayırıq. Bir-birimizə hörmət edirik. Önəmlisi də budur. Qarşındakı insanın dini inanclarına hörmət etmək vacibdir. Bu zaman ailədə heç bir problem olmur. İllərlə biz belə yaşayırıq və inanıram ki, bundan sonra da belə olacaq.

 Hər bir dinin öz ənənələri, özünəməxsus qanunları var. Sizin ailədə bir hər kəs bir-birinin adətlərinə əməl edir?

– Bəli. Məsələn, Ramazan bayramında atam oruc tutmasa da, evdə içki içmir. Ona görə evdə nə anam, nə də mən içki içirik. Ən azı atam və bacımın dini inanclarına hörmətlə yanaşırıq.

 Azərbaycan əhalisinin mütləq əksəriyyəti müsəlmandır. Bir xristian olaraq özünə qarşı hansısa basqı, yaxud qınaq hiss etmirsiniz?

– Olur belə hallar. Hələ də kənardan xristiansan — kafirsən sözləri eşidirəm. Artıq bu münasibətlərə öyrəşmişəm. Cəmiyyətdə belə hallar tez-tez baş verir. Ona görə, artıq adi qarşılayıram. Hətta, atam tərəfin qohumlarının da təzyiqinə məruz qalıram. Tez-tez mənə deyirlər ki, sən xristianın balasısan, sən xristiansan. Amma yenə də mən öz fikrimdən dönən deyiləm. Onu da qeyd edim ki, mənim anamın da atası müsəlman, anası xristian olub.

 Necə qəbul etdiniz bu dini?

Fəridə Əzizova - Sputnik Azərbaycan
İDMAN
Dinini dəyişmiş azərbaycanlı idmançı: "Boynumdakı xaçı görüb üstümə gəldilər"

– Uşaq olanda bilmirdik din nədir. Sonradan 10 yaşına çatanda anam ilə kilsəyə gedirdim. Və beləliklə xristianlığı dərk etməyə başladım. Amma sonradan 3-4 il öncə mən xaç suyuna salınaraq tam olaraq xristianlığı qəbul etdim.

 Sizə qarşı aqressiv münasibətlərə reaksiyanız necə olur?

– Heç kimə fikir vermirəm. Onlar mənə "niyə xristiansan?" sualını verərsə, mən də onlara "siz niyə müsəlmansınız?" sualını verirəm. Hər kəs özü seçir dinini. Həmişə deyirəm: İslam dinində Məhəmməd Peyğəmbərdir, xristianlıqdasa İsa Peyğəmbər. Əsas Allah birdir. Hamı bir Allaha inanır.

– Dininizi gizlətdiyiniz vaxtlar olub?

– Xeyr. Məncə, bunda qeyri-adi heç nə yoxdur. Ən azından çoxlarından fərqli olaraq, mən səmimiyəm və hansı dinə mənsub olduğumu rahat şəkildə söyləyə bilirəm.

Xəbər lenti
0