Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

MOK II Avropa Oyunlarının Belarusda keçirilməsinin detallarını açıqladı

© Sputnik / Murad OrujovOlimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə
Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Çingiz Hüseynzadə: Mən Azərbaycan üçün Belarusun II Avropa Oyunlarının keçirilməsini öz üzərinə götürməsinin çox vacib olduğunu bildirdim.

BAKI, 28 okt-Sputnik. Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Rio-de-Janeyro şəhərində keçirilmiş 31-ci Yay Olimpiya Oyunlarına və “Agenda 2020” tövsiyyələr kitabına dair mətbuat konfransı keçirilib. Tədbiri açan MOK Marketinq departamentinin direktoru Mehman Kərimov Rio-2016 Olimpiya  Oyunlarında Azərbaycanın qazandığı uğurlardan bəhs edib. 

"Rio-de-Janeyro oyunlarını televiziya vasitəsilə 7 min saatdan artıq yayımlanıb. Bu müddət ərzində 5 milyarddan artıq tamaşaçı oyunları izləyib” – deyə Kərimov bildirib.  

O, media nümayəndələrini “Tokio-2020” Olimpiya Oyunlarına qədər “Olimpiya gündəliyi — 2020” nəşrində qeyd edilən görüləcək işlərlə tanış edib. 

Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib - Sputnik Azərbaycan
İDMAN
Çingiz Hüseynzadə: “Mən əminəm ki,...”

“Əsas məqsədlərdən biri olimpiya idman oyunlarında qadın idmançıların sayını artırmaqdır. Bütün dünyada olduğu kimi biz də buna çalışacağıq. Qadın idmançıların sayı 50%  artmalıdır. Burada dopinq, ilboyu olimpiyanın diqqətdə saxlanılması, olimpiya təhsili və s. məsələlər yer alıb. MOK-lar öz ölkələrində UNESCO ilə tərəfdaşlığı gücləndirməli və olimpiya təhsilinə diqqət ayırmalıdır” – deyə MOK nümayəndəsi bildirib. 

MOK-un Nəşriyyat İnformasiya İdarəsinin rəisi Cəmaləddin Rəhmanov isə son zamanlar Azərbaycanda inşa edilən idman infrastrukturlarından danışıb: "Bir vaxtlar bataqlıq olan ərazilər abadlaşdırıldı və Bakı Olimpiya Stadionu inşa edildi. Orada ən böyük yarışlar keçirildi və keçirilir də. Bundan başqa, bir neçə idman qurğusu tikildi. Bu da böyük yarışların təşkilində ölkələrin həll etməli olduğu birinci məsələlərdəndir. Ümumiyyətlə, belə tikililərin tikilməsi ölkədə idmanın inkişafından xəbər verir". 

Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə öz çıxışında "Avropa Olimpiya Komitəsinin Baş Assambleyası haqqında son məlumatları açıqlayıb: "Olimpiya hərəkatı yalnız Olimpiya yarışlarından ibarət deyil. Bu, insanların həyatını əhatə edən geniş bir hərəkatdır. İnsan həyatında idman, təhsil məsələləri vacibdir. Bunlar idmanın ətrafında olan mütləq məsələlərdir.” 

Aleksandr Lukaşenko - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Bu ölkə II Avropa Oyunlarını üzərinə götürməyə hazırdır

Çingiz Hüseynzadə məbuat nümayəndələrindən xaiş edib ki, yalnız idmançının nəticələrini, emosiyalarını deyil, onların ətrafında baş verənləri, istirahətlərini də ictimaiyyətə çatdırsınlar. Bununla da cəmiyyətdə idmana maraq daha da çox olacaq.

Prezident həmçinin yeni layihə haqqında da məlumat verib. Qeyd edib ki, məktəblərdə olimpiya klubu yaradılacaq: “Bu yeni ideyadır, amma hələ müzakirə edəcəyik. Təhsil Nazirliyi dəstəkləsə, tezliklə hər məktəbdə olimpiya dərnəkləri açılacaq.”

MOK rəsmisi hazırda fəaliyyəti qənaətbəxş olmayan idman federasiyaları ilə bağlı fikirlərini bölüşüb: "Federasiyalar ictimai təşkilatlardır və heç biri dövlətdən maliyyələşmir. MOK da belə təşkilatlardandır. İdman muxtariyyatı var. Heç bir beynəlxalq və yerli idman təşkilatları təzyiqə məruz qalmamalıdır. Federasiyaların maliyyəşməsi onun öz fəaliyyətindən asılıdır". 

Çingiz Hüseynzadə II Avropa Oyunları haqqında da fikrini bölüşüb və qeyd edib ki, bu yarışın davamlı olaraq keçirilməsi bizim üçün çox vacib məsələdir. 

"Belarusun II Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı qərardan bir gün əvvəl Minskdə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası oldu və bu məsələ qaldırıldı. Bu zaman ölkə prezidenti Aleksandr Lukaşenkonun cavabı məlum deyildi. Onun cavabının müsbət və ya mənfi olması bilinmirdi. Çünki 2019-cu ildə Minsk Avropa Olimpiya Festivalına ev sahibliyi etməli idi. Bu da problem yaradırdı. Mən İK-nın iclasında Azərbaycan üçün Belarusun II Avropa Oyunlarının keçirilməsini öz üzərinə götürməsinin çox vacib olduğunu bildirdim. Belə olacağı təqdirdə Azərbaycanın Avropa Olimpiya Festivalını keçirməsinin mümkün olacağını söylədim. Festivalı keçirmək elə də asan iş deyil. Bunun üçün 5 il öncədən namizədlik verirsən, seçkilərdə iştirak edirsən. Amma bizim üçün çox rahatdır. Çünki, heç bir prosedur olmayacaq. Bütün infrastrukturlar hazırdır. Biz bu yarışa hazırıq. Bu təklifimi Belarus prezidentinə çatdırdılar. Ertəsi gün iclas keçirildi və A.Lukaşenko ölkəsinin II Avropa Oyunlarını qəbul etdiyini bildirdi. O ki qaldı bizim festivalı keçirməyimizə, danışıqlar gedir. Yaxın zamanda qəti qərar qəbul ediləcək.”

Xəbər lenti
0