BAKI, 3 okt — Sputnik. Dünyaya ekstrakorporal sağlamlaşdırmanın köməyi ilə gələn ilk körpə İordaniyada doğulub. Bu metod özünün həyat qabiliyyətliliyini sübut edib və hazırda onun istifadəsinə tibbi göstəriş verilə bilər.
İordaniyadan olan cütlük uşaqlarının tələf olması səbəbindən iki dəfə ailə dramı yaşayıb. Anadakı mitoxondriyə təsir edən genetik xəstəlik ucbatından, onun dünyaya gətirdiyi uşaqlar tələf olurdu. Və hamıya elə gəlirdi ki, bunu dəyişmək mümkün deyil. Yeganə çıxış yolu yenidən uşaq dünyaya gətirməməkdi. Amma cütlük taleyin hökmünə tabe olmayıb və ABŞ-dan olan həkimlərə müraciət edib.
Qanunların ziddinə olaraq, onlara üç nəfərin DNK-sından istifadə etməklə yeni metodun tətbiqi təklif olunub. ABŞ həkimləri yerli qanunlar icazə vermədiyindən, bu metodu Meksikada tətbiq etmək məcburiyyətində qalıblar. Əməliyyat Meksikada baş tutub.
Əməliyyat ananın yumurtalığına donorun yumurta hüceyrələrinin köçürülməsi yolu ilə nəticələnib. Nəzarət altında ananın yumurta hüceyrələri donorun sağlam yumurta hüceyrələri ilə birləşdirilərək mutasiyaya məruz qalıb. Əvvəlcə ana və donorun yumurta hüceyrələri bir yerə çəkilib və hər ikisi eyni qədər sperma ilə mayalandırılıb. Sonra yumurtalar bu spermanı öz aralarında bölüşdürüblər və onlardan mutasiya etmiş genetik material alınıb.
Mitoxondrinin dəyişikliyə məruz qalmış hissəsi donordan götürülmüş hüceyrə ilə zənginləşdirilib. Bundan sonra anaya aid olan hissə donora aid hissəni sıxışdırıb. Yəni donorun sağlam mitoxondrisini ananın yumurta hüceyrəsi mənimsəyərək özününküləşdirib.
Uşaq hazırda sağlam doğulub. Onun hüceyrələrinin yalnız 1 faizi mutasiyaya məruz qalıb ki, bu da şübhəsiz, böyük uğur sayılır.
İndiyə qədər bu cür hamiləlik qadağan edilirdi. Müasir yanaşma texnikası sayəsində mitoxondrini başqa yumurta hüceyrəsininki ilə əvəz etmək mümkün idi, lakin bu genetik xəstəliklərə səbəb olurdu. Amma indi, həkimlərin uğurlu təcrübəsindən sonra hamiləlik zamanı bu metoddan istifadənin tətbiqi zərurətini sübut etmək şansı yaranıb. Bu hamiləliyin təhlükəsizliyi üçün həkimlər daim onu nəzarətdə saxlayıblar. Uşağın sağlamlığı da hazırda həkimlərin nəzarəti altındadır.